Bakıda tramvay nəqliyyatının tətbiq ediləcəyi tarix məlum olub.
Manevr.az xəbər verir ki, sözügedən məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Planda "Sea Breeze" daxilində nəqliyyat həllərinin planlaşdırılması və "Sea Breeze" − Pirşağı tramvay xəttinin çəkilməsi nəzərdə tutulub.
Tramvayların tətbiq edilməsi 2027-2029-cu illəri əhatə edir. Proses üzrə icraçı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi təyin edilib.Xatırladaq ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planına əsasən, paytaxtda tramvayın yaradılması nəzərdə tutulub. Planda deyilir ki, tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar