"Son vaxtlar Çinin texnoloji uğurlarına dair xəbərlər intensivləşib. BYD ilə "Tesla", "Huawei" ilə "Apple" və "Nokia", "TikTok"la "Instagram", DJI ilə digər dron istehsalçıları, nəhayət "DeepSeek" ilə "Open AI" müqayisə olunur. Çin şirkətlərinin rəqabətdə önə keçdikləri bildirilir. Çinin uğurunun səbəblərindən biri, bəlkə də birincisi vizyondur, irəlini görməkdir".
Manevr.az xəbər verir ki, bu barədə ADA Universitetinin müəllimi, təhsil üzrə ekspert Yalçın İslamzadə bildirib.
O qeyd edib ki, vaxtilə Çin ABŞ hərbi sənayesinin sirlərini ələ keçirib.
Ekspertin sözlərinə görə, hətta bu barədə sənədli film də çəkilib: "Bir məsəl var, tanınmış el həkimi deyir ki, "Məni bütün ölkə tanıyır, çünki ən pis vəziyyətdəki xəstələri xilas edirəm. Ortancıl qardaşımı bütün əyalət tanıyır, çünki xəstələnən, ancaq ağır vəziyyətdə olmayanları müalicə edir. Böyük qardaşım ancaq öz şəhərində tanınır, çünki xəstəlik ortaya çıxmadan diaqnoz qoyub yaranmasına mane olur. Ən az o tanınsa da, məncə ən yaxşı həkim odur". Bu mənada Çinin təhsil və iqtisadiyyatına dair yazılanlardan ikisi diqqətimi xüsusi çəkib. Birincisi, keçən əsrin əvvəllərində təhsili modernləşdirəndə Çin klassiklərinə dair məzmunu xeyli azaldıb, ixtisar ediblər. Əlavə saatları təbiət fənlərinə veriblər. İkincisi, strateji sənəddə "2050-ci ilə qədər modernizmin əsas şərtlərini reallaşdırmaq" məqsədi müəyyən olunub".
Y.İslamzadə Çinin sənaye casusluğuna da diqqət çəkib: "2005-ci ildə Çin supermüasir sualtı qayıq istehsal edib və bu, ABŞ-də ciddi təşviş yaradıb. Amerikalılar düşünüblər ki, Çinin bu sahədə bu dərəcədə "high-tech" uğurlar əldə etməsi mümkün deyil. Nəticədə, qərara gəliblər ki, Çin Amerikanın hərbi sənayesinin sirlərini ələ keçirir. Beş illik araşdırmadan sonra Müdafiə Nazirliyinin müqavilə üzrə tərəfdaşı olan bir şirkətdə çalışan iki çinli mühəndisi nəzarətə götürüblər. Bu barədə hazırlanan sənədli filmdə tavandakı çilçırağa yerləşdirilən gizli kamera çəkilişindən görünür ki, sistematik olaraq sənədləri və çertyojları elektronlaşdırır, sonra "qardaşoğluna" veriblər. O da Honq Konqa uçub lazımi şəxslərə çatdırıb".
Təhsil ekspertinin qənaətincə, vizyon bundadır ki, həmin "ailə" 1980-cı illərin sonunda məhz bu məqsədlə ABŞ-yə göndərilmiş elektronika mühəndisləri - sənaye casusları olublar: "Onlar səbirlə, uzun karyera irəliləyişindən sonra lazımlı məlumatları əlçatan edəcək mövqeyə çatıblar. Çin bütün sahələrdə ciddi uğurlar əldə edir, ABŞ-də müəllimlər maaşları az olduğu üçün pedaqoji fəaliyyətdən uzaqlaşır, rəsmi Vaşinqton dünyanın müxtəlif coğrafiyalarını bombalamağa bəhanə axtarır, bu məqsədlə müdafiə sənayesi şirkətlərinə milyardlarla vəsait transfer edir. Uzaq Şərq idman növləri gənclərə özünümüdafiəni, nizam-intizamı, sağlam həyat tərzini öyrətməklə bərabər, "nəzarətsiz güc güc deyil" fəlsəfəsi də aşılayır. Təbii ki, təlimlərdə bu nüansa xüsusi diqqət yetirilir. Bizdə isə adətən işin mahiyyət və fəlsəfəsinə diqqət etmədən mexanikləşdirilmiş təlimlərə üstünlük verilir".medianews.az
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar