Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

2025-ci il üçün dünyanın ən qonaqpərvər şəhərləri açıqlandı - SİYAHI

Tarix: 01-02-2025 09:06     Baxış: 326 A- / A+
2025-ci il üçün dünyanın ən qonaqpərvər şəhərləri açıqlandı - SİYAHI
Dünyanın bəzi ölkələri, məsələn, İspaniya, həddindən artıq turizmlə mübarizə aparır və yerli əhali turistlərə qarşı etiraz aksiyaları keçirir. Lakin bunun əksinə olaraq, bəzi icmalar qonaqları böyük məmnuniyyətlə qarşılayır.
Manevr.az qaynarinfo-ya istinadən xəbər verir ki, "Booking.com" platforması 2025-ci ildə turistlərə ən mehriban münasibət göstərən yerləri müəyyən etmək üçün geniş araşdırma aparıb. Ekspertlər 360 milyondan çox təsdiqlənmiş müştəri rəyini nəzərdən keçiriblər.
"İnsanlar getdikcə daha çox orijinallığı, kəşf edilməmiş macəraları və xüsusi qonaqpərvərliklə təqdim edilən xidmətləri axtarırlar. "Traveller Review Awards" mükafatının 13-cü buraxılışı çərçivəsində "Booking.com" 2025-ci ilin dünyanın 10 ən mehriban şəhərini açıqlayır və bu yerləri daha yaxşı kəşf etmək üçün tövsiyələr təqdim edir", deyə araşdırma müəllifləri bildiriblər.
Reytinqin lideri Şri-Lankada yerləşən qədim şəhər Sigiriya olub.
"Şri-Lankanın "mədəni üçbucağı"nın mərkəzində yerləşən Sigiriya təbiət gözəlliyini və zəngin tarixi irsi özündə birləşdirən unikal bir məkandır. UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş məşhur Sigiriya Qayalıq Qalası möhtəşəm mənzərələr təqdim edir və qədim Şri-Lanka memarlığının parlaq nümunəsidir", deyə "Booking.com" ekspertləri qeyd edirlər.
Tarixi mənbələrə görə, V əsrin sonlarında Kral Kaşyapa burada öz paytaxtını quraraq, qayanın zirvəsində freskalarla bəzədilmiş dəbdəbəli bir saray inşa edib.
Sigiriyaya səfər edən turistlər həmçinin yerli xalçalar, batika və dekorativ gil qablar kimi əl işləri ilə tanınan kəndləri də ziyarət edə bilərlər. Bundan əlavə, Minneriya Milli Parkının yaşıl landşaftları, buradakı vəhşi fillərin böyük sürülər halında toplaşması ilə məşhurdur.
"Qala zirvəsinə qalxmaqdan tutmuş kənd həyatının sakitliyini hiss etməyə qədər Sigiriya macəra və rahatlığın unudulmaz birləşməsini təqdim edir", deyə reytinq müəllifləri bildiriblər.
2025-ci ildə dünyanın ən qonaqpərvər 10 şəhəri
1. Sigiriya, Şri-Lanka
2. Kasorla, İspaniya
3. Urubisi, Braziliya
4. Taupo, Yeni Zelandiya
5. Sent-Luis-Oqustin, ABŞ
6. Orviyeto, İtaliya
7. Manisales, Kolumbiya
8. Kvedlinburq, Almaniya
9. Ko Lanta, Tailand
10. Çester, Böyük Britaniya


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar