Beynəlxalq Şahmat Federasiyasının (FIDE) fevral ayı üçün reytinq cədvəli açıqlanıb.
Manevr.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, Şəhriyar Məmmədyarov ötən siyahı ilə müqayisədə 1 pillə irəliləyib. Aktivində 2731 reytinq xalı olan 40 yaşlı qrosmeyster 20-ci sıraya yüksəlib.
Teymur Rəcəbov (2698) 32-ci pillədəki mövqeyini qoruyub. Rauf Məmmədov isə 2656 xalla 71-ci yerdə qərarlaşıb.
Azərbaycanın qadın şahmatçıları - Günay Məmmədzadəyə (2412) 36-cı, Gövhər Beydullayeva (2404) 41-ci, Ülviyyə Fətəliyeva (2381) 64-cü, Xanım Balacayeva (2355) isə 89-cu sırada yer alıblar.
Siyahıya əvvəlkitək norveçli Maqnus Karlsen (2833) başçılıq edir. ABŞ təmsilçilərindən Fabiano Karuana (2803) 2-ci, Hikaru Nakamura (2802) 3-cüdür.
Xəbər lenti
Şəhriyar Məmmədyarov FIDE reytinqində irəlilədi

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























