Xəbər lenti
Pomidor şirəsinin orqanizm üçün heyrətamiz faydası
"Günü çay və ya qəhvə əvəzinə pomidor şirəsi ilə başlamaq lazımdır. Bu, demensiya və hipertoniyadan qoruyan mükəmməl içkidir".
Manevr.az xəbər verir ki, bu barədə britaniyalı məşhur həkim Ranc Singh danışıb.
Onun sözlərinə görə, duzsuz tomat şirəsi və yulafın birləşməsi sağlamlıq üçün çoxlu üstünlüklər verir, orqanizmdə xolesterol səviyyəsini azaldır və şlaklardan təmizləyir.
"Tomat şirəsi içkiyə xarakterik qırmızı rəng verən likopen ilə zəngindir. Bu piqment ürək tutması riskinin artması ilə əlaqəli damarlarda ərpin yaranmasının qarşısını ala bilir. Çünki likopen zərərli xolesterol növünü (ASLP) inhibə edir", - deyə Ranj Singh qeyd edib.
Həkim bildirilib ki, bir çoxlarının düşündüyünün əksinə xolesterol orqanizm üçün zəruridir - həzm, "D" vitamini və hormonların istehsalı daxil olmaqla bir çox funksiyaları üçün son dərəcə vacibdir. Ancaq həddindən artıq olduqda (yağlı qida, alkoqol qəbulu, fiziki aktivliyin çatışmazlığı, artıq çəkiyə görə) qanda toplanır, bu isə sağlamlıq üçün ziyandır.
"Məkrli cəhət ondan ibarətdir ki, yüksək xolesterol səviyyəsi heç bir şəkildə özünü göstərməyə bilər, lakin bu göstəricinin artması ilə insult və digər həyat üçün təhlükəli vəziyyətlərin riski artır", - həkim deyib.
Ekspert bildirib ki, duzsuz tomat şirəsi həqiqətən bəzi insanlarda xolesterol səviyyəsini azaltmağa kömək edir", - deyə mütəxəssis bir daha vurğulayıb.
Tomat şirəsindən əlavə, Ranc Singh səhər yeməyində yulaf yeməyi məsləhət görüb.
"Tam taxıl məhsulları bağırsağın işini yaxşılaşdırmağa kömək edir, bu da artıq xolesterolu orqanizmdən xaric etməyə kömək edir", - deyə o bildirib.(oxu.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar