Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Canlı efirdə halı pisləşən deputat danışdı: "Nəsə bu dəfə..."

Tarix: 18-01-2025 15:46     Baxış: 333 A- / A+
Hazırda səhhətim yaxşıdır. Bəzən məndə ani olaraq qan təzyiqinin düşməsi halları olur. Nəsə bu dəfə belə halı canlı efirdə yaşadım.
Manevr.az-ın xəbərinə görə, bu sözləri Teleqraf.com-a açıqlamasında canlı efirdə halı pisləşən Milli Məclisin deputatı Hikmət Məmmədov (Babaoğlu) deyib.“Hadisə bu gün səhər olmuşdu. Hər şey qaydasındadır. Hamı maraqlanır, çox sağ olsunlar. İndi yaxşıyam. Keçib getdi”, - deyə o söyləyib.
Qeyd edək ki, bu gün səhər saatlarında "Real TV" nin “Sabaha Elnarə ilə” proqramında deputat Hikmət Babaoğlu və DİN-nin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev qonaq olan zaman millət vəkilin səhhəti anidən pisləşib. Müzakirələr zamanı deputat Hikmət Babaoğlu aparıcıya özünü pis hiss etdiyini və efirdən çıxmaq məcburiyyətində olduğunu bildirib. Bu səbəbdən yayım dayandırılıb. 
Məmmədov Hikmət Babaoğlu 1966-cı ildə Qərbi Azərbaycan (indiki Ermənistan) Amasiya rayonu, Göllü kəndində anadan olub. O, 2008-2021-ci illərdə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru kimi çalışıb. Hazırda Milli Məclisin deputatıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar