Sizin Reklam Burada
Xəbər lenti
17-01-2025
16-01-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiya niyə diqqət yayındırır?

Tarix: 17-01-2025 14:47     Baxış: 439 A- / A+

Azərbaycanın sərnişin təyyarəsi Rusiya səmasında vurulduqdan sonra rəsmi Bakı etik davranaraq vəziyyəti eskalasiya etməməyə çalışıb. Azərbaycan Prezidenti bu məsələ ilə bağlı mediaya müsahibə verərək ədalətli istintaqın aparılmasının, günahkarların cəzalandırılmasının və zərərçəkənlərə kompensasiya ödənilməsinin vacibliyini vurğulayıb. Lakin Rusiya tərəfi məsələni obyektiv araşdırmaq əvəzinə, məsuliyyəti yayındırmağa və Azərbaycanı günahkar çıxarmağa çalışır.
Hazırda pilot danışıqlarının yayılması kimi manevrlərlə diqqət əsas məsələdən yayındırılır. Təyyarənin idarəetməni itirməsindən sonra hansı hava limanına enmə qərarının qəbul edilməsindən çox, onun vurulması faktı araşdırılmalıdır. Təyyarənin korpusunda və sərnişinlərin bədənində hava müdafiə sisteminin qəlpələrinin aşkar edilməsi ilə bağlı suallar cavabsız qaldığı halda, diqqəti başqa istiqamətə yönləndirmək cəhdləri davam edir.
Azərbaycan tərəfi etik məsələlərə hər zaman önəm verib, nə medianın, nə ekspertlərin, nə də sosial media istifadəçilərinin həddi aşan ritorikadan istifadə etdiyi müşahidə olunub. Buna baxmayaraq, Rusiyadan gələn təhqir və ucuz propaqanda kampaniyaları Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurur. Bu davranışlar nə Azərbaycan ictimaiyyətində, nə də beynəlxalq səviyyədə qəbul edilə bilər.
Son dövrlər Rusiyanın bəzi media qurumlarının və ictimai fiqurlarının Azərbaycana və xalqımıza qarşı təhqiredici ritorika sərgiləməsinin şahidi oluruq. Ukrayna ilə müharibə kontekstində Rusiyada bu cür davranışların təsadüfi olmadığı, əksinə, hakimiyyət dairələrinin nəzarətində baş verdiyi şübhə doğurmur. Əgər belə olmasaydı, bu kimi çıxışlara qarşı dərhal ölçü götürülərdi. Lakin reallıq belə deyil.
Son dövrlərdə Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən idarə edildiyi ehtimal olunan bu kampaniyada, müxtəlif vasitələrlə Azərbaycan hədəf alınır. Bəzən neonasistlərin dili ilə hədələr səsləndirilir, bəzən isə "Komsomolskaya Pravda" kimi platformalarda uydurma və sifarişli məqalələr yayımlanır. Bu addımlar yalnız gülünc vəziyyət yaradır və Rusiyanın azsaylı dostlarını da itirməkdə maraqlı olduğunu göstərir.
Bu təhqir kampaniyası Azərbaycan-Rusiya münasibətlərində qarşılıqlı etimadı ciddi şəkildə zədələyir. Rusiyanın bir tərəfdən özünü beynəlxalq hüququn müdafiəçisi kimi təqdim etməsi, digər tərəfdən isə qonşu dövlətə qarşı belə ritorika sərgiləməsi böyük təzad təşkil edir.
Azərbaycan cəmiyyətində belə yanaşmanın səbəbləri və məqsədləri barədə müxtəlif fikirlər mövcuddur. Bəzi ekspertlər bunun məqsədli şəkildə regional gərginliyi artırmaq üçün həyata keçirildiyini vurğulayır. Digərləri isə bunu Rusiya daxilində ictimai rəyi manipulyasiya etməyə yönəlmiş bir addım kimi qiymətləndirir.
Azərbaycan xalqı və ictimaiyyəti Rusiyanın məsuliyyətli davranış sərgiləyəcəyinə, ədalətli istintaq apararaq cinayətkarları cəzalandıracağına və zərərçəkənlərə kompensasiya ödənəcəyinə ümid edir. Bu, yalnız iki dövlət arasındakı dostluq münasibətlərinin qorunması üçün deyil, həm də beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğunluq baxımından vacibdir.milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar