Xəbər lenti
Mahmud Kaşqari adına Beynəlxalq Fondun layihəsi əsasında Vətən Müharibəsi Qəhrəmanlarının xatirəsinə həsr olunmuş portret filmlər hazırlanır -FOTOLAR
Mahmud Kaşqari adına Beynəlxalq Fondun layihəsi əsasında 44 günlük Vətən müharibəsində şərəfli yol keçmiş vətən oğullarının döyüş yoluna həsr olunmuş xatirə kitab, “Cəbhə gündəlikləri” memuarı və portret filmlər hazırlanır.
Manevr.az xəbər verir ki, bu günlərdə həmin layihə əsasında çəkilən Vətən müharibəsi qəhrəmanı Azər Yusiflinin xatirəsinə həsr olunmuş portret film ictimaiyyətə təqdim olunub. Layihənin rəhbəri Milli Məclisin deputatı, Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti Cavanşir Feyziyevdir.
Filmin ssenari müəllifi Xəyalə Zərrabqızı, quruluşçu rejissoru Gülnar Səma, səs rejissoru Turanə Allahverdiyeva, təsvir rejissoru isə Səma Muğannadır. Filmin ithaf olunduğu qəhrəman Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsinin baş giziri Azər Yusifli Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdən başlayaraq torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına mübarizə aparmış, azad edilmiş kənd və qəsəbələrimizdə 26 yerdə üçrəngli bayrağımızı ucaltmış, son nəfəsində “Qələbə bizimdir!” nidaları ilə şəhadət məqamına ucalmışdır. Cəbrayıl rayonunun Araz boyu yaşayış məntəqələri — Mahmudlu, Soltanlı, Əmirvarlı, Göyərçin Veysəlli, Keyxalı, Maşanlı və Hasanlının azadlığı uğrunda gedən çətin döyüşlərdə, Füzuli, Zəngilan, xüsusilə Xudafərin körpüsünün azad olunması istiqamətində həyata keçirilən hərbi əməliyyatlarda böyük şücaətlər göstərmiş qəhrəmanın Zəngilan İcra Hakimiyyətinin binasına üzərinə üçrəngli bayrağımızı sancdığı, o cümlədən, işğalçı dövlətin xəritəsini, bayrağını, “tarixi abidələri”nin sərgiləndiyi divar kağızlarını ayaqladığı səhnələr də filmdə əks olunub.
Qeyd edək, həmin fraqmentlər döyüş ərəfəsində Zəngilan azad olunarkən Zəngilan məktəblərinin birində lentə alınıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Yusifliyə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Yusifli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. Dövlət başçısının müvafiq sərəncamına əsasən, qəhrəman şəhidin təhsil aldığı Ağstafa rayon Böyük kəsik kənd orta məktəbinə, Ağstafa rayon mərkəzi küçələrindən birinə adı verilmiş, rayon mərkəzində xatirə büstü ucaldılmışdır.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar