Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Dələduzluğa məruz qalan Hökumənin atası hadisənin təfərrüatını açıqladı

Tarix: 18-01-2025 19:37     Baxış: 336 A- / A+
Aidiyyəti dövlət orqanları sağ olsunlar, bank kartımdan pulu oğurlayanları vaxtında müəyyən etdi.
Manevr.az bildirir ki, bu fikirləri APA-ya Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Əliyev deyib.
”Dünən Gəncə şəhərindən evimizə gəlirdim. Kəndə çatanda mənə zəng gəldi. Bildirdilər ki, “Kapital Bank”ın işçiləridir və dedilər ki, kartımın şifrəsini xakerlər görüblər, kartımdan pulumu oğurlamaq istəyirlər. Mənə kömək etmək istədiklərini dedilər. Bunun üçün isə kartda olan pulun başqa karta köçürmək lazım olduğunu qeyd etdilər. Mən də bunlara inanaraq vəsaiti digər karta köçürdüm. Necə elədilərsə, kartımdakı 100 993 manatdan 80 509 manatını mənimsədilər. Bundan sonra tez bir zamanda “Kapital Bank”a yaxınlaşdım, hadisəni olduğu kimi söylədim. Araşdırdılar ki, xakerlər pulu öz hesablarına köçürüblər. Eyni zamanda, DİN-in 102 xidmətinə zəng vurdum. Həmin dəqiqə Samux Rayon Polis İdarəsinin əməkdaşları gəldilər. Baş verən hadisəni araşdırdılar”, – Cəlil Əliyev vurğulayıb.
O qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları tez bir zamanda cinayətkarı saxlayıb: “80 509 manatı geri qaytardı. Dövlətimiz sağ olsun, bir daha hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev bank kartından 80 min manat oğurlandığını bildirib. DİN pul vəsaitini oğurlayan şəxslərin müəyyən edildiyini, zərərin ödənildiyini açıqlayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar