Sizin Reklam Burada
Xəbər lenti
17-01-2025
16-01-2025
BÜTÜN XƏBƏRLƏR

Nadir İsrafilov: ”Nə yaxşı ki, cəmiyyətimiz bu cür örnək şəxsiyyətlərdən xali deyil”

Tarix: 18-01-2025 12:09     Baxış: 344 A- / A+

Nadir İsrafilov
     
  18 yanvar –əsrin 4/1 qədər Azərbaycan maarifinə rəhbərlik edəntəhsilimizinelmimizin inkişafında əvəzsiz rolu olantəhsil idarəçiliyi sahəsindəəsl məktəb yaradan görkəmli alimpedaqoqhədsiz dərəcədə aydınişıqlı, xeyirxahqayğıkeş, təmənnasızmillətsevərxalqına bağlı bir insanın – akademik Mehdi Mehdizadənin doğum günüdür. Hər dəfə mərhum akademiki xatırlayanda özzünə təsəlli tapırsan kinə yaxşı kitəhsilimizdə Mehdi Mehdizadə olubnə yaxşı kicəmiyyətimiz bu cür örnək şəxsiyyətlərdən xali deyil.
Mən hətta avtoritar rejimdə belə demokratikliyihumanistliyisadəliyi və təvazökarlığı ondan öyrənmişəmonun necə böyük hörmətə layiq olduğunun və  böyük nüfuz sahibi olduğunun bilavasitə şahidi olmuşamOnun haqqında xoş söz deyənlərin əksəriyyətini tanıyırdım və bir çoxları ilə hətta yaradıcılıq təmaslarım belə olub.
Bəzən həyatda elə hadisələrlə rastlaşırsan ki, onlar yaddaşına xoş xatirələr kimi həkk olunur. Bir çox hallarda isə bu xatirələr insanın həyat hekayətinin əsas mövzularına cevrilir, onun həyat yolunda unudulmaz izlər buraxır. Mehdi müəllim haqqında çox deyilib, çox yazılıb. Mən də yeri gəldikcə, məqam düşdükcə öz kiçik xatirə və təəssüratlarımı onu yaxından tanıyan dostllarım və oxucularımla bölüşmüşəm. Belə xatirələrdən biri də mənim ilk karyera fəaliyyətimlə bağlı olan bir hadisədir. Mənə də akademiklə ünsiyyət və təmasda olmaq xoşbəxtliyi nəsib olduğundan, hər il onun doğum və anım günlərində bu görkəmli şəxsiyyət, təhsil fədaisi, ən nəhayət fəzilətli, böyük bir insan haqqında kiçik də olasa bəzi xatirələrimi bölüşməyi özümə borc bilirəm. 
 
Akademiklə ilk tanışlığım mənim kənd müəllimliyim dövrünə təsasdüf edir
70-ci illərinin sonları idi. O zamanlar institut adlanan indiki pedaqoji universiteti yenicə bitirib şimal rayonlarımızın mərkəzdən xeyli kənar kəndlərindən birinə ixtisasım üzrə təyinat almışdım. Elə həmin il müxtəlif ixtisaslılardan olan daha bir neçə gənc müəllim də kollektivə qoşuldu. Ilk illik hesabat-seçki yığıncağındaca məni məktəbin müəllim komsomol təşkilatının katibi seçdilər. Yəqin, digərlərinə nisbətdə fəallığımı və təşkilatçılığımı nəzərə almışdılar. Digər bir üstünlüyüm də var idi ki, hələ institut illərindən partiya sıralarına daxil olmuşdum. O vaxtlar az-az tələbəyə belə yüksək etimad göstərirdilər.
 
O illərin bir növ dəb halını almış ənnənələrindən biri də hamılıqla və yekdilliklə təsərrüfatlara köməklik göstərilməsi idi. Belə bir ənənə pedaqoji kollektivlərdən də yan keçə bilməzdi. Ayrı-ayrı  məktəblərdə yeniyetmələrdən ibarət "şagird-istehsalat briqadaları” yaradılırdı. Eyni zamanda "Hektarçılıq hərəkatı” geniş vüsət almışdı. Digər təşəbbüskarlarla yanaşı bir çox müəllimlər də yaxın ərazilərdə bir və ya bir neçə hektar torpaq sahəsi götürərək, dərsdən sonra ailə üzvləri ilə birlikdə təsərrüfatla məşğul olurdular.
 
Növbəti illərin biri məhsul bolluğu ilə yaddşıma həkk olunub. Məhsulu yığıb-yığışdarmaq mümkün deyildi. Raykomdan belə bir göstəriş gəldi ki, məktəblərdə tədris prosesini müvəqqəti dayandırıb, şagirdləri məhsul yığımına cəlb etmək lazımdır. Çünki hamımız şahidiydik ki, kolxozçular heç cür çatdıra bilmirdilər, aramsız yağışlar isə məhsulu zay edirdi. Bu çağırışa isə ilk cavab verən,  öndə gedən və digərlərinə nümunə göstərən heç şübhəsiz ki, partiyaçılar və komsomolçular olmalı idi. Bir də ki, plan tapşırıqları və sosialist öhdəliklərinin yerinə yetirilməsinə kim biganə qala bilərdi?
 
Səhərisi günü ala toranlıqda xeyli şagird və müəllimlərlə birlikdə məktəbin ərazisinə yaxın sahəyə işə çıxdıq. Qızlar şitilliklərdəki pomidor məhsulunu yığır, oğlanlar isə yeşiklərə qablaşdıraraq  konserv zavoduna göndərilmək üçün maşınlara yükləyirdilər. Ağır yeşiklərə gücü  və maşına yükləməyə boyu çatmayan uşaqlara tez-tez kömək etməli olurdum. Yeşiklərdən üstümə axan əzilmiş pomidor suyundan açıq rəngli köynəyim sanki al qana boyanmışdı.
 
İşin qızğın çağında sahəyə "Niva” markalı bir maşın daxil oldu. Bir az yana çəkilib maşına yol verdik. Maşından düşən 4 nəfər aramlı addımlarla bizə yaxınlaşdı. Dərhal hər dördünü tanıdım. Qabaqda gələn Raykomun birinci katibi, nisbətən arxadakılar isə sovxozun direktoru, maarif şöbəsinin müdiri və sahə briqadiri idi. Birinci katib də sanıram ki, məni tanımamış deyildi. Rayon komsomol komitəsi plenumunun üzvi idim, tez-tez müxtəlif aktivlərdə və digər rəsmi tədbirlərdə rastlaşırdıq. Bir də ki, İttifaq üzrə Kostroma vilayəti məktəblilərinin parta arxasında istehsalata getməklə bağlı təşəbbüslərinə ilk qoşulanlardan olduğumuzdan şəkilim və müsahibələrim bir çox Ümumittifaq və respublika mətbuatında dərc olunmuşdu.
 
Katibin mənə yaxınlaşaraq zəhmli tərzdə "bəs məktəbin direktoru haradadır” sualına tərəddüd etmədən "harda olsa, indi gələr”- deyə cavab verdim. Görünür, cavabım katibi qane etmədiyindən üzünü maarif şöbəsinin müdirinə tutaraq - "təsərrüfata rəhbərlik edə bilməyən adamdan məktəbə rəhbər çıxmaz, rəhbərliyi bu cavan oğlana həvalə edin”- deyərək, sağollaşmadan belə əsəbi halda  gəldiyi maşına doğru addımladı. Növbəti bürolardan birində həmin direktorun vəzifədən kənarlaşdırılması barədə qərar qəbul olundu.
 
Növbəti bürolardan birində məktəb direktorluğuna namizədliyimi təsdiq edərək məni Bakıya göndərdilər. Birinci katibin bütün səylərinə və cəhdlərinə, Mehdi müəllimlə şəxsi telefon danışıqlarına baxmayaraq, o məni direktor vəzifəsinə təsdiq etmədi və gülümsəyərək “nə yaşın var ki, sənin, get çalış, həyata alış, nəzərimiz üstündə olacaq” dedi. Raykomun I katibinin israrlı xahişinə isə “mən təlimatı poza bilmərəm” cavabını verdi. Yeganə təsəllim isə ondan ibarət oldu ki, mənim adımı ehtiyat kadrlar siyahısına daxil etdilər. Çünki, mövcud təlimata əsasən bu vəzifəyə təsdiqlənməyim üçün 5 ilimin cəmi 5 ayı çatmırdı. 5 ay isə mənə daha beş ilə başa gəldi. Bu müddət ərzində aspiranturanı bitirib, daha yüksək vəzifələrə təyinat aldım, hətta bir neçə il Mehdi müəllimin rəhbərliyi altında işləmək də mənə nəsib oldu.
 
Növbəti görüşümüzdə o məni tanımadı.., Tanıya da bilməzdi, çünki aradan 5 il keçmişdi.
 
Aspiranturanı yenicə bitirib kiçık elmi işçi kimi Nazirliyin Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda fəaliyyətə başlamışdım. Qəfil bir telefon zəngi məni bərk həyəcanlandırdı:  “Naziri Mehdi Mehdizadə sizi görmək istəyir, sabah saat 11-də onun yanında olmalısınız”. Narahatçılığımdan gecəni səhərədək gözümə yuxu getmədi. Ağlıma cürbəcür fikirlər gəlirdi, öz-özümə düşünürdüm ki, mən hara, Mehdizadə hara, görəsən nəyə çağırır, İttifaq miqyasında tanınan və sayılan, böyük-böyük titullar və nüfuz sahibi olan akademikin adi kiçik elmi işçı ilə nə işi ola bilər...?
 
Deyilən vaxt onun qəbul otağında oldum. Katibə mənim Nadir İsrafilov olduğumu bilən kimi: "Keçin içəri, akademik sizi gözləyir”- dedi. İçəri daxil oldum. Nazir Mehdizadə məni görcək eynəyini bir az yuxarı qaldırdı və kiçik bir aradan sonra təəccüblə gülümsünərək dedi:”Xoş gəlmisiniz. Nadir İsrafilov sizsiniz? Siz bu qədər gəncsinizmiş, elə düşünürdüm ki, xeyli yaşınız var”. Cavabımı gözləmədən sözlərinə davam etdi: ”Tanışlığımıza məmnun oldum. Yazınız çox xoşuma gəldi. Sizin kimi gənclərlə yalnız fəxr etmək olar, fəaliyyətinizi bu istiqamətdə də davam etdirin. Hər hansı bir çətinliyiniz olsa, mütləq mənə müraciət edin”.
 
Gələcək işlərimdə mənə dönə-dönə uğurlar arzulayan bu ağayana və alicənab şəxsiyyət uşaq kimi sevincini gizlədə bilmirdi. Mən isə çaş-baş qalmışdım. Başa düşə bilmirdim ki, söhbət nədən, hansı yazıdan gedir. Bir anlığa ağlıma gəldi ki, yəqin akademik məni kiminləsə qarışdırır. Amma özümə bir az toxtaqlıq verərək, narahatçılıqla söhbətin sonunu gözlədim. O isə, sanki təəccübləndiyimi hiss etmiş kimi sözlərini davam etdirə-etdirə əlindəki jurnalı mənə uzatdı. Bu Moskvada nəşr olunan, o zamanın ən məşhur və nüfuzlu "Sovetskaya pedaqogika” jurnalının sonuncu nömrəsi idi. Sən demə, bir neçə ay əvvəl aspirant və gənc alimlərin Latviyanın paytaxtı Riqa şəhərində keçirilən Ümumittifaq konfransdakı məruzələrdən ən yaxşıları seçilərək, jurnalın bu nömrəsində dərc edilibmiş və onların arasında mənım tezislərim də varmış. Onda mənə əyan oldu ki, nazir Mehdizadə onu oxuyub və məni yanına təşəkkürünü bildirmək üçün çağıtdırıbmış.
 
O xalqını, dövlətini canı, qanı, varlığı qədər sevən fenomen bir şəxsiyyət idi.
 
Latviyanın paytaxtı Riqa şəhərində aspirant və gənc alimlərin "Burjua ideologiyasına qarşı barışmazlıq tərbiyəsi” mövzusunda keçirilən Ümumittifaq konfransına mən də dəvət almışdım. Protokol qaydalarına əsasən tədbirin gedişi ərzində 15 müttəfiq respublikanı təmsil edən konfrans iştirakçılarının şəhərin görməli yerləri və bir sıra təhsil ocaqları ilə tanış edilməsi nəzərdə tutulmuşdu. Paytaxtın orta məktəblərinin birində olarkən, diqqətimi müəllimin stolunun üstündə "Latviya tarixi” dərsliyi və ayrıca tədris proqramı cəlb etdi.
 
Dərs başa çatdıqdan sonra müəllimlər otağında həmin müəllimlə xeyli söhbətləşdik. Məlum oldu ki, onlar "SSRİ tarixi” və "Ümumi tarix”lə yanaşı, "Latviya tarixi”ni də ayrıca fənn kimi tədris edirlər və attestata da həmin fənn üzrə qiymət ayrıca qeyd olunur. Maraqlı cəhət isə ondan ibarət idi ki, onlardan fərqli olaraq bizdə, həmçinin digər müttəfiq respublikalarda ölkə tarixi ayrılıqda deyil, məhz "SSRİ tarixi”nin tərkibində öyrənilir və vahid fənn olaraq qiymətləndirilirdi. Yəni, "SSRİ tarixi” üzrə keçirilən hər bölmənin sonunda Respublika tarixinə cəmi 1 dərs saatı ayrılırdı.
 
Konfransdan qayıtdıqdan sonra, fikirlərimi Təhsil Nazirliyinin nəzdində olan Azərbaycan ETPEİ-nin (indiki Təhsil institutu) direktoru Zahid Qaralovla bölüşdüm. Zahid müəllim bir qədər fikrə daldıqdan sonra, tələsmə dedi, düşündüyümüz qədər də asan məsələ deyil, Nazirlə razılaşdırmaq lazımdır. Səhərisi gün birgə Nazirin yanına getdik. Mehdi müəllim tərəddüd etmədən vəziyyətin yerlərdə öyrənilməsi üçün mənim bir neçə Respublikaya ezam olunmağım barədə tapşırıq verdi.
 
İşgüzar səfərlərdən qayıdan kimi "Proqram” üzərində işləmək üçün gecəni gündüzə qatdım. Təhsil nazirliyində mütəxəssislərin iştiraki ilə müzakirələrdən və təsdiq olunduqdan sonra, V-XI siniflər üçün nəzərdə tutulan 80 saatlıq ilk ayrıca hazırlanmış Azərbaycan tarixi üzrə proqram 1980-cı ildə işıq üzü gördü. Həmin proqram əsasında "Azərbaycan tarixi” artıq "SSRİ tarixi” kursunun tərkibində deyil, müstəqil fənn kimi tədris planına salınır və bu fəndən attestata ayrıca qiymət yazılırdı.Mənə elə gəlir ki, nə qədər bizlər varıq, təhsilimizin tarixi, səlnaməsi vərəqlənəcək Mehdi müəllim haqqında xatirə və təəssüratlar da bitmək bilməyəcək.
 
Qürurverici haldır ki Prezident İlham Əliyev Cəbrayıl şəhərində səfərdə olarkən tam orta məktəbin təməlini qoyub. Bu məktəb pedaqogika elminin görkəmli nümayəndəsi, tanınmış ictimai xadim, akademik, əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Mehdi Mehdizadənin adını daşıyacaq.


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar