Bu gün Tehranın Ərk meydanında güllələnən İran Ali Məhkəməsi hakimlərinin kimliyi açıqlanıb.
Bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Bildirilib ki, silahlı hücum nəticəsində Ali Məhkəmənin 53 saylı şöbəsinin müdiri Məhəmməd Müqəyseə və Ali Məhkəmənin 39 saylı şöbəsinin müdiri Əli Razini hadisə yerində ölüb, Miri soyadlı hakim və onun mühafizəçisi isə ağır yaralanıb.
İran Ali Məhkəməsinə yaxın media qurumları hadisənin əvvəlcədən planlaşdırılmış terror aktı olduğunu yazıb.
Güllələnən hər üç hakim "terror", "casusluq" və "ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət" ittihamlarına görə saxlanılan məhkumları mühakimə ediblər.
Qeyd edək ki, hakimlərin güllələyən şəxsin hadisə yerində intihar etdiyi bildirilib. axar.az
Xəbər lenti
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar