Xəbər lenti
Kənd yumurtasının qiyməti 50 qəpik oldu
Paytaxt bazarlarında kənd yumurtasın artıq 40-50 qəpikdən təklif olunur.
Alıcılar deyirlər ki, son günlər həm kənd, həm də broyler toyuğu yumurtasının qiymətində artım müşahidə olunur.
Satıcıların isə yumurtanın bahalaşması ilə bağlı yayılan münasibətləri birmənalı deyil.
Onlar deyirlər ki, bir həftə əvvəl bazarlarda yumurta qıtlığı müşahidə olunduğundan qiymətlərdə artım olub. Hazırda isə məhsul bol olduğundan qiymətlər stabildir.
Manevr.az xəbər verir ki, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli isə "Xəzər-xəbər"ə açıqlamasında yumurtanın qiymətində artım proqnozlaşdırılmadığını deyib.
İqtisadçı Xalid Kərimli isə deyir ki, Azərbaycan yumurta tələbatını daxili istehsal hesabına tam olaraq özü ödəyə bilir.
Ekspert hesab edir ki, yumurta qiymətlərinin dəyişməsi tələbatdan və istehsalın planlaşdırılmasından asılıdır. Kənd yumurtasının qiymət artımına gəlincə, ekspert bunu yem və daşıma xərclərinin artması ilə əlaqələndirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar