Sizin Reklam Burada
Xəbər lenti
28-12-2024
27-12-2024
BÜTÜN XƏBƏRLƏR

NATO Rusiyaya zərbə endirə bilər? - Hərbi ekspert

Tarix: 28-12-2024 22:39     Baxış: 538 A- / A+



"Rusiya ilə NATO arasında səhnə arxasında soyuq savaş dərinləşir. Onlar arasında birbaşa toqquşma baş verəcəyi təqdirdə isə ilk zərbəni NATO endirəcək".
 
Manevr.az xəbər verir ki, bunu açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli Ukrayna müharibəsi çərçivəsində birbaşa NATO Rusiya qarşıdurması ehtimalından danışarkən deyib.
İbrahim Rüstəmlinin fikrincə, Rusiya NATO qarşıdurması ilə bağlı bütün proqnozlar ehtimallar üzərində qurulub və bu ehtimallar hələ ki, reallığı əks etdirmir:
"Amma Rusiya -NATO qarşıdurması hansısa formada artıq mövcuddur. NATO-nu təmsil edən dövlətlər tərəfindən milyardlarla vəsait, silah-sursat Ukraynaya verilir. Müharibədə Ukraynanı dəstəkləmək dolayısı ilə elə Rusiyaya qarşı döyüşmək deməkdir. Burada da məqsəd Rusiyanın bütün resurslarını tükəndirmək, tərksilah etməkdən ibarətdir. Onlar bununla Rusiyanı güc mərkəzi olaraq sıradan çıxarmağa çalışırlar. Qərb ekspertləri  qarşıdurma baş verərsə, ilk zərbəni özlərinin endirməli olduqlarını bəyan edirlər. Bununla mesaj verirlər ki, NATO-ya qarşı hərbi təcavüz barədə düşünəcəyi təqdirdə, əlbəttə Kreml bu barədə düşünür, ilk zərbəyə məhz Rusiyanın özü tuş gələcək. Onlar müharibəni uzadıb, Rusiyanın resurslarını tükəndirib, onu diz çökdürməyə çalışırlar".
Ekspert indilikdə müharibənin birbaşa NATO - Rusiya qarşıdurmasına çevriləcəyinə inanmır:
"Bu barədə səslənən məlumatlar hələlik informasiya, soyuq müharibə cəbhəsində baş verir. Amma qarşıdakı dövrdə daha ciddi müharibənin başlanmasına zəmin verən faktlar da var. Hələliksə kartlar tam açılmayıb. NATO ilk zərbəni özü vuracağı məsələsini artıq müzakirə müstəvisinə çıxarıb. Yəni qarşıdurma olacaqsa, ilk zərbə NATO-dan gələcək". 
Qeyd edək ki, Rusiya ilə NATO arasında müharibə ehtimalı hazırda Qərbdə də müzakirə olunur. "Bild" nəşrinin məlumatına görə, dekabrın ortalarında Brüsseldə təhlükəsizlik ekspertləri ilə görüşdə baş katib Mark Rutte Rusiyanın artıq Şimali Atlantika Alyansı ilə gizli deyil, açıq qarşıdurma ilə məşğul olduğunu deyib. 
Rusiyanın aqressiv hərəkətləri hələlik kiberhücumlar, seçkilərə müdaxilə və Alyans ölkələrinin sərhədlərində sabitliyin pozulması ilə məhdudlaşır. Amma tez-tez NATO-nun hərbi rəhbərliyinin nümayəndələri birbaşa qarşıdurma haqqında danışırlar. Eyni zamanda, yüksək dəqiqlikli bombardman da daxil olmaqla, qabaqcıl zərbə endirmə ehtimalı NATO tərəfindən inkar edilmir. Məsələn, NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer "biz ilk növbədə zərbə endirməliyik" deyə bildirib. 
Polşalı general Tomaş Piotrovski isə etiraf edib ki, münaqişə Rusiya və ya Belarusun Polşa ilə sərhədi raket və ya şarlarla pozması, hətta kiberhücumla başlaya bilər ki, bunun da nəticəsi "fəlakətli olacaq".
"Bild" nəşri Rusiya və NATO arasında döyüşlər üçün ən çox ehtimal olunan yer kimi Belarus və Kalininqrad vilayəti arasında yerləşən Suvalki dəhlizini göstərir.qaynarinfo


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar