Sizin Reklam Burada
Xəbər lenti
28-12-2024
27-12-2024
BÜTÜN XƏBƏRLƏR

Pilotun uçuşdan bir gün əvvəl anasına yazdığı mesaj... - FOTO

Tarix: 28-12-2024 12:01     Baxış: 454 A- / A+

"Hadisədən bir gün öncə mənə vatsapda yazdı və dedi ki, onu reysə təyin ediblər. Onu həmişə hansısa reysə təyin edəndə məni xəbərdar edirdi ki, ana, mən ora uçuram, gəliş vaxtı filan vaxt. Həmişə qayıdanda yazırdı ki, mən evə çatdım, narahat olma".
Manevr.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsinin həlak olan pilotu Aleksandr Kalyaninovun anası Yelena Kalyaninova bildirib.
O, oğlunun cəmi bir ildir ki, işlədiyini, işini çox sevdiyini deyib: "Bir il işlədi və məzuniyyətə çıxdı. Bu onun ilk məzuniyyəti idi. Mənə zəng vurmuşdu, deyirdi ki, məzuniyyəti Avropada keçirmək istəyirəm, Fransanı seçmişəm. Dedim ki, əlbəttə, Saşa, sənin bir ilin çox gərgin olub. Onun çox sıx cədvəli var idi. Dedim ki, sən bunu qazandın, buna layiqsən. Məzuniyyətdən qayıtdı, cəmi bir həftə idi ki, işləyirdi. 2013-cü ildən bu peşə üzrə oxuyurdu, işini çox sevirdi. Ümumiyyətlə, işi haqqında çox danışan deyildi. Cəmi bir il idi ki, uçurdu. Hər dəfə fərqli kapitanlarla uçuş həyata keçirirdi..."
Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı reysi ilə uçan "Embraer 190" təyyarəsi dekabrın 25-də fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Ölənlər arasında pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökümə Əliyeva da var.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar