2025-ci ildə Dövlət Neft Fondunun (ARDNF) 14 milyard 452,5 milyon manat gəlir əldə edəcəyi gözlənilir ki, bunun da 9 milyard 797,3 milyon manatını və yaxud 67,8 %-ni neft-qaz satışından əldə olunacaq xalis gəlirlər təşkil edəcək.
Manevr.az xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 20,3 % çoxdur.
Eyni zamanda, Fond akrhesabı ödənişlərdən 3,6 milyon manat (eyni qalıb), trazitdən 25,4 milyon manat (5 % çox), bonus ödənişlərindən 767,7 milyon manat (eyni qalıb), vəsaitinin idarə olunmasından 3 milyard 462,3 milyon manat (10,55 % çox) və ilk dəfə neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı dividend ödənişlərindən 396,2 milyon manat gəlir əldə edəcək.
Gələn il ARDNF-in xərcləri 14 milyard 640,2 milyon manat təşkil edəcək ki, bunun da 14 milyard 481 milyon manatını və yaxud 98,9 %-ni dövlət büdcəsinə transfertlər təşkil edəcək. Bu, bu ilə nisbətən 13,3 % çoxdur. Bundan başqa, Fond "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"na 24,7 milyon manat (26,3 % az), “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"na 90,8 milyon manat (92,1 % çox), özünün idarə edilməsinə isə 43,7 milyon manat (14,25 % çox) xərcləyəcək.
Xəbər lenti
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar