Sizin Reklam Burada
Xəbər lenti
27-12-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda 70 yaşlı "professor" həbs edildi

Tarix: 27-12-2024 23:03     Baxış: 447 A- / A+


Bakıda özünü Azərbaycan Dövlət Texniki Universitetinin professoru kimi təqdim edərək, vətəndaşın 15 min manatını mənimsəyən 70 yaşlı şəxsə hökm oxunub.
Manevr.az xəbər verir ki, 1954-cü ildə Kürdəmir şəhərində anadan olmuş Hacıəli Əmirovun (soyad şərti) Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məhkəmədə məlum olub ki, Hacıəli Əmirov 2010-cu ildə də Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 10 il müddətinə azadlıqdan məhrum edilib və hazırda məhkumluğu ödənilməyib.
O, Arifə Hüseynova adlı vətəndaşı aldadaraq, onun yaxınının Fövqəladə Hallar Nazirliyində işlə təmin olunmasında köməklik göstərəcəyini vəd edib. Təqsirləndirilən şəxs buna görə zərərçəkmişin 15 min manatını mənimsəyib.
Zərərçəkmiş təqsirləndirilən şəxs barəsində şikayətçi olduğunu, ona verdiyi pulun geri qaytarılmasını tələb etdiyini bildirib.
Məhkəmənin qərarı ilə Hacıəli Əmirov Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. (qaynarinfo)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar