Xəbər lenti
Həlak olan ekipaj üzvlərinə şəhid statusu verilə bilər
“Azərbaycan Hava Yolları"nın dekabrın 25-də Aktauda qəzaya uğrayan "Embraer 190" təyyarəsinin həlak olan ekipaj üzvlərinə şəhid statusu verilə bilər.
Manevr.az modern.az-a istinadən xəbər verir ki, bununla bağlı qərar qəbul edilərkən, ekipaj üzvlərinin qəza zamanı göstərdiyi qəhrəmanlıq və şücaət nəzərə alınacaq.
Məlumatda bildirilib ki, Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi fiziki və texniki kənar müdaxilə nəticəsində qəza vəziyyətilə üzləşərkən, pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökümə Əliyeva sərnişinlərin xilas olunması üçün gərəkən addımlar atıblar.
Məhz pilotların şücaəti sayəsində təyyarənin Xəzərə dənizinə düşməsinin qarşısı alınıb və çox çətinliklə quru sahəsinə qəza enişi edən “Embraer 190”dan 29 nəfər sağ qurtara bilib. Bununla da daha çox sayda insan tələfatına yol verilməyib.
Qeyd edək ki, qəhrəman pilotlar və bələdçi xanım II Fəxri xiyabanda dəfn olunacaqlar.
Onların adlarının əbədiləşdirilməsi və təltif olunması da gözlənilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar