Sizin Reklam Burada
Xəbər lenti
25-09-2025
24-09-2025
BÜTÜN XƏBƏRLƏR

Mbappenin transfer qiyməti kəskin düşdü

Tarix: 28-12-2024 08:43     Baxış: 3150 A- / A+
Mbappenin transfer qiyməti kəskin düşdü

"Transfermarkt" portalı mövsümün ilk hissəsinin nəticələrinə əsasən İspaniya çempionatında oyunçuların bazar dəyərini yeniləyib.
Manevr.az xəbər verir ki, bu barədə RBC məlumat verib.
Ən çox dəyərini itirən "Real Madrid"in beş oyunçusudur (hər biri 20 milyon avro). Bunlar Kilian Mbappe (hazırda 160 milyon avro dəyərindədir), Orelyen Çuameni (80 milyon avro), Eduardu Kamavinqa (80 milyon avro), Eder Militao (40 milyon avro) və Endrikdir (40 milyon avro).
Qeyd edək ki, Mbappe bu ilin iyulunda "Real Madrid" ilə müqavilə imzalayıb. 26 yaşlı fransız forvard yeni klubunda 23 oyun keçirib, 13 qol vurub və 3 məhsuldar ötürmə edib.
Ən çox "Barselona"nın oyunçuları Lamin Yamal (180 milyon avro) və Pau Kubarsinin (70 milyon avro) qiyməti artıb (hər biri 30 milyon avroya qədər).
Qiymətinin düşməsi səbəbindən Mbappe dünyanın ən bahalı dörd futbolçusu arasında yerini itirdi. Burada onu Yamal əvəz etdi. "Transfermarkt" Vinisius Junior ("Real Madrid") və Erlinq Holandı ("Mançester Siti") 200 milyon avro, Yamal və Cud Bellinqemi ("Real Madrid") 180 milyon avro dəyərində qiymətləndirir.(oxu.az)



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar