"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin J2-8717 nömrəli Bakı-Mineralnıye Vodı reysini yerinə yetirən təyyarəsinin kapitanı havaya qalxandan və Mahaçqala üzərində hava məkanının bağlı olması barədə NOTAM (uçuş məlumatı) bildirişi alandan dərhal sonra Bakı hava məkanından çıxmadan geri qayıdıb.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib ki, təyyarə yerli vaxtla saat 10:13-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
Qeyd edilib ki, Rusiya istiqamətində uçuşlarla bağlı yaxın zamanda ümumi məlumat açıqlanacaq.
XXX
Səhər saatlarında Bakıdan Mineralnıye Vodı istiqamətində uçan AZAL təyyarəsi dron hücumları səbəbindən geri dönüb.
Manevr.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə jurnalist Şakir Eminbəyli sosial şəbəkə hesabında paylaşım edib.
Məsələ barədə Azərbaycan Hava Yollarına (AZAL) sorğu ünvanladıq. Qurumdan bildirildi ki, bununla bağlı tezliklə açıqlama veriləcək. Görüntüləri isə "Flightradar24" paylaşıb.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar