Sizin Reklam Burada
Xəbər lenti
27-09-2024
26-09-2024
BÜTÜN XƏBƏRLƏR

Bu şəxslər üçün quru sərhədlər açıla bilər – AÇIQLAMA

Tarix: 27-09-2024 15:55     Baxış: 422 A- / A+
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti oktyabrın 1-dən 2025-ci il yanvarın 1-nə qədər uzadılıb.
Manevr.az-ın məlumatlına görə, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Karantin rejiminin olması isə quru sərhədlərinin bağlı qalması deməkdir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı deputat Vüqar Bayramov bildirib ki, xaricdə təhsil alan tələbələr üçün bütövlükdə təyyarə biletlərində güzəştlər edilməsi daha məqsədəuyğundur.
Onun sözlərinə görə, bir sıra şirkətlərdə tələbə vətəndaşlara güzəştlərin tətbiq edilməsi praktikası var ki, Azərbaycanda da Azərbaycan Hava Yolları tərəfindən tələbə güzəştlərinin tətbiqi həyata keçirilməsi daha uyğun olardı:
“Bu, nəticə etibarilə tələbələrimizin daha ucuz qiymətə bilet alması və həmin bilet vasitəsilə təhsillə bağlı səfərlər etməsinə imkan yarada bilər. Bununla bağlı hətta bəzi şirkətlərdə limitlər müəyyənləşir. Məsələn, il ərzində iki dəfə ikitərəfli, yəni 4 biletin alınması zamanı güzəştlər tətbiq olunur. Belə güzəştlərin tətbiqi daha məqsədəuyğun olardı”.
Deputat Fazil Mustafa isə bildirib ki, bu məsələ ilə bağlı dəfələrlə məsələ qaldırılıb. Dediyinə görə, sərhədlər bağlı olduğu təqdirdə müəyyən həssas kateqoriyada olan şəxslərə, xüsusilə də tələbələrə və xəstələrə bu güzəştləri etmək yerində olar:
“Əgər bir insan xəstədirsə, rəsmi xəstəliklə bağlı kağız verilibsə və onun müalicəsi xaricdə davam etməlidirsə, o şəxslərə bu güzəşti etməlidirlər”.
Bu məsələyə bir daha baxılacağına ümid etdiyini deyən həmsöhbətimiz nəzərə çatdırıb ki, bununla da tələbələrin tələbə bileti ilə rahatlıqla gəlib-getməsi təmin olunacaq.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar