Sizin Reklam Burada
Xəbər lenti
27-09-2024
26-09-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağda fərdi ev tikməyə icazə verilir?

Tarix: 26-09-2024 20:40     Baxış: 431 A- / A+
Ötən 4 il ərzində, işğaldan azad edilmiş ərazilərdə tikinti və yenidənqurma işləri sürətlə davam edir. Artıq bir sıra kənd və rayon mərkəzlərində yaşayış binaları, sosial müəssisələr və infrastruktur obyektləri vətəndaşların ixtiyarına verilib. 

Azad edilmiş ərazilərin böyüklüyü və əhatə dairəsinin genişliyini nəzərə alsaq, bu işlərin hələ uzun müddət davam edəcəyi istisna deyil. Məhz bu səbəbdən, bir çox vətəndaşlar dövlətin həyata keçirdiyi layihələrə paralel olaraq, vətəndaşların və maddi imkanı yüksək olan şəxslərin də quruculuq prosesində iştirakını təklif edir. Belə olan təqdirdə, yenidənqurma işlərinin daha tez yekunlaşacağını da demək olar. 

Manevr.az
-ın məlumatına görə, mövzu ilə bağlı yenisabah.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, yaxın gələcəkdə bu mərhələyə keçmək real görünür: 
"Əlbəttə, dövlətin nəzarəti altında bu iş edilə bilər. Yəqin ki, yaxın gələcəkdə bu mərhələ də gələcək. İndiki məqamda dövlət başlanğıc prosesini bu cür həyata keçirir. Çox güman ki, ardınca artıq bu məsələlərdə müəyyən şəxsi təşəbbüslərin dövlətin verdiyi plan və sxem əsasında gerçəkləşməsi mümkün ola bilər. Amma indiki mərhələdə bu işi daha sistemli və nizamlı qaydada aparmaq üçün bu yol izlənilir”. 

Millət vəkilinin sözlərinə görə, bu addım dövlətinin yükünün azaldılması baxımından da olduqca səmərəli olar: 

"Lakin yaxın gələcəkdə buna baş vurula bilər. Çünki infrastruktur tam qurulduqdan sonra, belə formada dövlətin yükünün azaldılması istiqamətini götürmək mümkündür. Bu həm də büdcədən ayrılan vəsaitlərin daha fərqli sahələrə, xüsusən də infrastruktura yönəlməsinə kömək edə bilər”. 




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar