Sizin Reklam Burada
Xəbər lenti
27-09-2024
26-09-2024
BÜTÜN XƏBƏRLƏR

Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo turniri keçiriləcək

Tarix: 26-09-2024 12:27     Baxış: 335 A- / A+


Sentyabrın 28-də Lənkəran Olimpiya İdman Kompleksində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunlarının qvardiya general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə ənənəvi 40-cı açıq yubiley turniri keçiriləcək.

Manevr.az bildirir ki, Azərbaycan CüdoFederasiyası (ACF) və ölkəmizin tanınmış idman klublarından olan “Judo Club 2012”nin təşkilatçılığı ilə keçiriləcək yarışda 18 yaşadək yeniyetmə cüdoçular (2008-2010-cu illər təvəllüdlü oğlanlar) iştirak edəcəklər.
Beynəlxalq Cüdo Federasiyasının təsdiq etdiyi qaydalara və ACF-in reqlamentinə uyğun olaraq təşkil ediləcək ənənəvi yarışda ölkəmizin 20-dən çox klubunu təmsil edən 200-ə yaxın idmançının iştirak edəcəyi gözlənilir.

Oğlanlar arasında 8 çəki dərəcəsi üzrə təşkil olunacaq turnirə sentyabrın 28-də saat 10:00-da start veriləcək. Yarışın rəsmi açılış mərasimi isə saat 16:00-da Lənkəran Olimpiya İdmana Kompleksində olacaq. Mərasimin ardınca final görüşləri və mükafatlandırma mərasimi keçiriləcək. Qaliblər diplom, medal və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

Yarışın keçirilməsində əsas məqsəd gənclərdə vətənpərvərlik hissi və döyüş ruhunu aşılamaq, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsini artırmaq, həmçinin idmançılar arasında dostluq və yoldaşlıq hisslərini möhkəmləndirməkdən ibarətdir.
Qeyd edək ki, “Judo Club 2012” idman klubu Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü “Judo Club 2012” idman klubunun təsisçisi, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı olan Azər Əsgərova məxsusdur.
Xatırladaq ki, Azər Əsgərov özü də vaxtilə idmançı kimi, Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibi olub.


Manevr.az
 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar