Sizin Reklam Burada
Xəbər lenti
27-09-2024
26-09-2024
BÜTÜN XƏBƏRLƏR

Səfərbərlik Xidmətinin keçmiş rəisi pensiyasından narazıdır - 32 min manat tələb edir

Tarix: 27-09-2024 08:30     Baxış: 427 A- / A+
Səfərbərlik Xidmətinin keçmiş rəisi pensiyasından narazıdır - 32 min manat tələb edirNaxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəisi general-mayor Səxavət Salmanov təqaüdü ilə bağlı məhkəməyə şikayət edib.

2019-cu ildən təqaüdə çıxan general aldığı müavinətin az olduğunu qeyd edir. Sabiq rəis 2019-cu ildən bəri aldığı təqaüdün düzgün hesablanmadığını iddia edir. Buna görə də o, 32 min 407 manatın əskik olduğunu irəli sürərək, həmin məbləğin ona verilməsini tələb edir.
O, bununla bağlı ilk olaraq Bakı İnzibati Məhkəməsinə müraciət edib. Lakin burada Səxavət Salmanovun iddiası təmin edilməyib. Belə olduqda, keçmiş rəis birinci instansiya məhkəməsinin qərarından Bakı Apelyasiya Məhkəməsinə şikayət edib.

Məhkəmənin ilk iclası noyabrın 7-də keçiriləcək.

Qeyd edək ki, Səxavət İbrahim oğlu Salmanov 2019-cu il yanvarın 21-də Naxçıvan Muxtar Respublika Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun imzaladığı fərmanla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib. 2015-ci ildə ona general-mayor ali hərbi rütbəsi verilib.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar