Sizin Reklam Burada
Xəbər lenti
20-09-2024
19-09-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağda evini kirayə verənlərə XƏBƏRDARLIQ

Tarix: 20-09-2024 13:04     Baxış: 456 A- / A+
Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayıtdıqları iddia edilir. Bildirilir ki, bəziləri bu evlərdən yaşamaq yox, yeni gəlir mənbəyi kimi istifadə edir. Xüsusilə də işğaldan azad olunan ərazilərə kütləvi turist axınından sui-istifadə edilir.
Manevr.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən (Qaçqınkom) axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dövlət tərəfindən verilən mənzilin başqasına kirayə verilməsi hallarına vaxtilə Bakıda da rast gəlinib.
“Əvvəllər buna nəzarət edən sahə nümayəndələri olurdu və belə hal aşkarlandıqda qarşısı alınırdı. İndi isə azad edilən ərazilərdə buna nəzarət etmək hələlik mümkün deyil. Bizim komitə olaraq işimiz insanların öz ata-baba yurdlarına qayıdışını təmin etməkdən ibarətdir. İlkin mərhələdə Bakıda yaşayış durumu çox pis olanların qayıdışı təmin olunur. Onların Bakıda digər mənzillərə sahib olmadıqları tərəfimizdən dəqiqlədirilib”, - cavabda bildirilib.
Qeyd edək ki, Bakı və Bakıətrafında məcburi köçkünlər üçün salınan qəsəbələrdə vaxtaşırı reydlər keçirilir, ev verilən şəxslərin həmin mənzillərdə yaşayıb-yaşamadığı təsbit edilirdi. Dövlətin verdiyi evdə yaşamayıb, ondan qazanc məqsədilə istifadə edən və kirayə verənlər aşkarlanırdısa, həmin mənzil dərhal geri alınır, ehtiyacı olana təqdim edilirdi.
Bu təcrübənin işğaldan azad edilmiş ərazilərdə də tətbiq ediləcəyi istisna deyil.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar