Sizin Reklam Burada
Xəbər lenti
20-09-2024
19-09-2024
BÜTÜN XƏBƏRLƏR

Livanlı həkimdən qorxunc açıqlama: "Heç vaxt bu qədər göz çıxarmaq məcburiyyətində qalmamışdım" - Şəkil

Tarix: 20-09-2024 09:00     Baxış: 435 A- / A+
Livanda rabitə vasitələrinin partlaması nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb, yüzlərlə insan xəsarət alıb. Livan oftalmoloqları vəziyyəti "kabus" adlandırırlar.

Bu barədə TRT xəbər yayıb.

Bildirilib ki, Livanda cərrahlar peycer və məişət texnikası partlayan 3000-dən çox insan arasında gördükləri dəhşətli xəsarətlərin uzun siyahısını açıqlayıblar.

Beyrutdakı "Mount Lebanon" Universitet Xəstəxanasının oftalmoloqu professor Elias Varrak deyib ki, 25 il ərzində heç vaxt bu qədər göz çıxarmaq məcburiyyətində qalmayıb. O bu təcrübəni "kabus" adlandırıb.

"Xəsarət alanların əksəriyyəti 20-30 yaş arası gənclər idi və bəzi hallarda hər iki gözü çıxarmaq məcburiyyətində qaldım", - deyə həkim bildirib.

Xatırladaq ki, sentyabrın 17-də və 18-də bütün Livan boyunca, o cümlədən Beyrutun cənub ətrafında kütləvi şəkildə peycer partlayışları baş verib. Partlayan rabitə cihazları "Hizbullah" hərəkatının üzvlərinə məxsus olub. Hadisə nəticəsində onlarla insan həlak olub, İranın Livandakı səfiri Müctəba Əmani də daxil olmaqla dörd minə yaxın insan yaralanıb. oxu.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar