Sizin Reklam Burada
Xəbər lenti
28-06-2024
BÜTÜN XƏBƏRLƏR

“Böyük Qayıdış” Gənclər Təşkilatı Silahlı Qüvvələr Günü ilə bağlı silsilə tədbirlər keçirib -ŞƏKİL

Tarix: 26-06-2024 21:14     Baxış: 338 A- / A+
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gənc SİMA” İctimai Birliyinin tərəfdaşlığı ilə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə silsilə tədbirlər həyata keçirilib.

Manevr.az xəbər verir ki, tədbirlərin təşkil olunmasında məqsəd gənclərin hərbi-vətənpərvərlik hisslərinin gücləndirilməsi, gənclər arasında hərb elminə marağın yaradılması, hərb tariximiz, tarixi Zəfərimiz və rəşadətli ordumuz haqqında məlumatlılığın artırılması olub. Silsilə tədbirlər çərçivəsində Bakı Atıcılıq Mərkəzində “Hədəf12” gənclər arasında atıcılıq turniri keçirilib. Gənclər tərəfindən böyük maraqla qarşılanan, artıq üçüncü ildir ki, həyata turnirə bu il 300-dən çox gənc müraciət edib. Müraciəti müsbət dəyərləndirilmiş 100 nəfər gənc komandalar şəklində turnirə qatılaraq qalibiyyət uğrunda mübarizə aparıb.

Turnirdən öncə gənclər peşəkar təlimçilər tərəfindən silahla davranış qaydaları, silahdan təhlükəsiz istifadə, müxtəlif hərəkətli və dayanıqlı hədəflərə atış, dəqiq nişanalma və digər təməl bacarıqlar haqqında ətraflı məlumat əldə ediblər. Gənc qazilər turnirin formatına uyğun olaraq komanda kapitanı və təlimatçı kimi yarışa qatılıblar. 15 komandanın iştirak etdiyi 3 mərhələdən ibarət turnirdə ən çox hədəfi vuran “Qafqaz Qartalı” komandası qalib elan olunub, “Canavarlar” və “Komando” müvafiq olaraq 2-ci və 3-cü yerləri tutublar. Həmçinin ən yüksək nəticə ilə turnirin “Sərrast atıcı”sı müəyyənləşib. Mükafatlandırma mərasimində iştirak edən Milli Olimpiya Komitəsinin və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftahətdinova, Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri vəzifəsini icra edən Orduxan Qəhrəmanzadə, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov qalibləri kubok, medal və sertifikatlarla təltif edib, onlara hədiyyələr təqdim ediblər. Gənclər üçün növbəti maraqlı tədbir Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində təşkil olunub. Avrasiya Kombat Ciu-Citsu Federasiyasının Prezidenti, DİN-nin İdman Cəmiyyətinin əlbəyaxa döyüş üzrə baş məşqçi – müəllimi Rəsul Məmmədovun təqdimatında gənclərə “Əlbəyaxa döyüş” təlimi keçirilib.

Təlim zamanı gənclər əlbəyaxa döyüş, gözlənilməz təhlükə qarşısında istifadə edə biləcəkləri özünümüdafiə taktikaları və şəxsi təhlükəsizlik haqqında praktiki biliklər əldə ediblər. Silsilə tədbirlər çərçivəsində üzv gənclərin və Qayıdış Könüllülərinin iştirakı ilə Hərbi Qənimətlər Parkına və Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya təşkil olunub. Hərbi Qənimətlər Parkına ekskursiyada iştirak edən gənclər Vətən müharibəsi, həmçinin lokal antiterror əməliyyatı zamanı düşməndən qənimət kimi götürülən tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri və atıcı silahlarla tanış olub, müzəffər Ordumuzun göstərdiyi qəhrəmanlıqlar, düşmənin canlı və hərbi qüvvəsinin itkiləri barədə ətraflı məlumat əldə ediblər. Azərbaycan Hərb Tarixi Muzeyinə təşkil olunan ekskursiyada iştirak edən gənclər açıq səma altında qoşun növləri üzrə hərbi texnikadan ibarət ekspozisiyanı, muzeyin daxilində isə qədim dövrlərdən bu günə kimi hərb tariximizə aid eksponatların nümayiş olunduğu zalları ziyarət ediblər. Muzey əməkdaşı tanklar, PDM və KDM, təyyarə və helikopterlər, HHM vasitələri, HDQ silah və sursatları, gəmilər, artilleriya və zenit qurğuları haqqında məlumat verərək iştirakçıların suallarını cavablandırıblar.

Manevr.az







Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar