Sizin Reklam Burada
Xəbər lenti
29-06-2024
BÜTÜN XƏBƏRLƏR

26 iyun - Azərbaycan Silahlı Qüvvələri günündə Sumqayıtda Şəhidlər xiyabanı ziyarət edilib

Tarix: 27-06-2024 22:09     Baxış: 349 A- / A+
Bu gün Ordumuz və xalqımız Silahlı Qüvvələr Gününü Müzəffər Ordu kimi, qəhrəman xalq kimi qeyd edir. Xalqımızın çoxəsrlik tarixində misli görünməmiş bir zirvəyə qalxan ordumuz, Vətən müharibəsində qazandığı Qarabağ Zəfəri ilə tarixin axarını dəyişdirərək Azərbaycanımızın suverenliyinin və bölünməzliyinin qarantı olduğunu şəhidlərin qanı ilə bütün dünyaya bəyan edib.
 Milli Məclisin üzvü Müşfiq Məmmədli "Azərbaycan Vətənpərvərlər" İctimai Birliyinin Sumqayıt şəhər təşkilatının sədri Mahir Məmmədov və təşkilatın üzvləri 26 iyun Azərbaycan Silahlı Qüvvələri günü münasibətilə Sumqayıtda Şəhidlər xiyabanını ziyarət ediblər.

Bu barədə Manevr.az-a açıqlama verən Milli Məclisin üzvü Müşfiq Məmmədli bildirdi ki, ümummilli lider Heydər Əliyev tərəfindən başlanılan qüdrətli Milli Ordu quruculuğu istiqamətində davamlı islahatlar ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Azərbaycan Silahlı Qüvvələrinin müdafiə qüdrətinin və döyüş qabiliyyətinin daha da artırılması, onun ən müasir silahlarla təchiz edilməsi, hərbi qulluqçuların sosial müdafiəsinin daim gücləndirilməsi ordu quruculuğu siyasətinin əsas istiqamətləri kimi diqqət çəkir. Ordumuz son illər ərzində daha da modernləşib, Silahlı Qüvvələrimizin arsenalı ən son hərbi texnologiyalarla zənginləşdirilib. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərlə hərb tarixinin yeni və şanlı salnaməsini yazıb. Şanlı Ordumuzun şücaəti, Vətən uğrunda apardığı müqəddəs savaşı sayəsində torpaqlarımız düşmən tapdağından azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. 44 günlük Vətən müharibəsində Ordumuz əsl gücünü dünyaya nümayiş etdirdi", - deputat vurğuladı.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar