Sizin Reklam Burada
Xəbər lenti
01-07-2024
30-06-2024
BÜTÜN XƏBƏRLƏR

Qazidən "şirinlik" istəyən həkim işdən çıxarıldı - RƏSMİ

Tarix: 29-06-2024 14:49     Baxış: 435 A- / A+
Qazidən "şirinlik" istəyən həkim işdən çıxarıldı - RƏSMİ
Bir müddət əvvəl sosial şəbəkələrdə Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evində qazidən rüşvət tələb edən həkim barədə videogörüntülər yayılmışdı. Məsələ ilə bağlı həkimdən izahat alındığı və araşdırmanın davam etdiyi deyilmişdi. Sözügedən faktla bağlı aparılan araşdırma yekunlaşıb.
Manevr.az-ın məlumatına görə, TƏBİB-dən Ölkə.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bir müddət öncə sosial mediada yayılan görüntülərdə əks olunan hadisə ilə bağlı qurum tərəfindən geniş araşdırma aparılaraq müvafiq inzibati tədbirlər görülüb.
Araşdırmanın yekun nəticələrinə əsasən Lökbatan Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 4 nömrəli Doğum evinin Doğum şöbəsinin həkim-mama-ginekoloqu Sevinc Malik qızı Məmmədovanın əmək müqaviləsinə 27.06.2024-cü il tarixində xitam verilib.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin rəhbər şəxslərinin iştirakı ilə keçirilən geniştərkibli müşavirədə sözügedən müəssisə rəhbərinə neqativ hallarla mübarizə ilə bağlı ciddi tapşırıqlar verilib.
Xatırladaq ki, 19.06.2024-cü il tarixində saat 11:05-də 2005-ci il təvəllüdlü şəxs doğuş icrası üçün 4 saylı Doğum evinə müraciət edib və Doğum şöbəsinin həkimi mama-ginekoloq Sevinc Məmmədovanın iştirakı ilə saat 13:30 radələrində pasiyentin qız övladı dünyaya gəlib.
Bundan sonra S.Məmmədova körpənin atası, Vətən müharibəsi qazisindən "şirinlik" tələb edib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar