Sizin Reklam Burada
Xəbər lenti
02-07-2024
BÜTÜN XƏBƏRLƏR

"Sənəti seçib, 12 yaşında qızımı atasına verdim" - Nahidə Orucova

Tarix: 30-06-2024 16:52     Baxış: 441 A- / A+
Nahidə Orucova:
"12 yaşında qızımı atasına verdim. Onun məktəbi, hazırlıqlarına o nəzarət edirdi. İstəyirdim ki, gözünün qabağında olsun. Atasından özüm ayrılsam da, uşağı ondan ayırmamışam. Həmişə demişəm ki, qoy, uşaq fikrində tutsun ki, anam da, atam da başımın üstündədir. Yəni, özünü yarımçıq hiss etməsin. Mütəmadi olaraq görüşürdük, gəlirdi-gedirdi, qalırdı. 12 yaşına qədər nə vermişəmsə, mən vermişəm ona. O, buna heç vaxt nəsə deməyib. Çünki onu atmamışam".

Bu sözləri Əməkdar artist Nahidə Orucova qonaq olduğu "Həftənin qonağı" verilişində deyib.

Aktrisa bildirib ki, başı sənətinə qarışdığı üçün  qızına onun keçmiş həyat yoldaşı (atası) baxıb:

"Mənim işim elə idi ki, bəzən gecə də çəkilişlər olurdu. Atası razı olmurdu ki, uşaq tək qalsın. Həm də cavanlıq idi. Daha çox sənətə, karyeraya meyil göstərdim. Vaxtı ilə uşağa istədiyimiz kimi baxmadığıma görə, indi nəvəmə o sevgini vermək istəyirəm. Uzun müddət razı olmamışam onu atasına verməyə. Amma sonra düşündüm ki, mən burada təkəm. 

Qoy, uşaq ailə mühütində böyüsün. Qızımın xasiyyəti atası kimi tünddür. Həmişə deyir ki, "o nədir verilişdə geyinmisən?” Biz ayrılanda keçmiş həyat yoldaşımın maddi vəziyyəti yaxşı idi.

Çox təkliflər etdi ki, "sənətdən ayrıl, sənə biznes qurum”. Mənim üçün sənət hər şeydən irəli idi. Sırf sənətə görə biz ayrıldıq. Dedi, "mən işimdən ayrıldım, sən də ayrıl”. Fikirləşirəm ki, gərək onda ailəmdən yapışaydım. Amma onda sənətim olmayacaqdı. Ailə yox, sənət məni xoşbəxt etdi. Çətin oldu mənim üçün".//Bizim.Media 

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar