Sizin Reklam Burada
Xəbər lenti
03-07-2024
BÜTÜN XƏBƏRLƏR

Gəmiqayırma Zavodunda tikiləcək 6 gəmi ilə bağlı AÇIQLAMA

Tarix: 02-07-2024 13:51     Baxış: 436 A- / A+
Gəmiqayırma Zavodunda tikiləcək 6 gəmi ilə bağlı açıqlama
Bakı Gəmiqayırma Zavodunda inşa ediləcək dörd quru yük gəmisi, bir patrul gəmisi və bir yanğınsöndürmə gəmisi müqavilə mərhələsindədir.
Manevr.az xəbər verir ki, bu barədə “Bakı Gəmiqayırma Zavodu” MMC-nin İdarə Heyətinin sədri Elşad Nuriyev Prezident İlham Əliyevə müəssisənin fəaliyyəti barədə məlumat verərkən deyib.
O bildirib ki, ümumilikdə 1 046 nəfərin çalışdığı zavodda bir "Ro-Pax" tipli bərənin, iki tankerin və bir dibdərinləşdirən gəminin inşası davam etdirilir: "İki tanker, dörd dalğıc və üç sürətli sərnişin gəmisi isə layihəndirmə mərhələsindədir".
E.Nuriyev diqqətə çatdırıb ki, zavod beş ticarət və səkkiz xidmət gəmisi ilə bağlı müqavilələr imzalayıb.
Qeyd edək ki, Bakı Gəmiqayırma Zavodunun təməli 2010-cu ildə qoyulub. 2011-ci il mayın 10-da “Bakı Gəmiqayırma Zavodu” MMC birgə müəssisəsi təsis edilib. 2013-cü ildə Prezidenti İlham Əliyevin iştirakı ilə rəsmi açılışı baş tutan zavoda 2015-ci ildə Qaradağ Sənaye Parkının rezidenti statusu verilib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar