Sizin Reklam Burada
Xəbər lenti
05-07-2024
04-07-2024
BÜTÜN XƏBƏRLƏR

Müstəntiq baş direktorla müavinini üzləşdirdi: Xəstələrdən 5 manat yığılıb

Tarix: 03-07-2024 21:14     Baxış: 344 A- / A+
Respublika Narkoloji Mərkəzinin rüşvətə görə həbs edilən baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Həkimlərin hər ikisi qanunsuz əməllərinə görə özlərini qismən təqsirli bilir. Xüsusilə eks-baş direktor ittihamın böyük hissəsi ilə razı deyil.

İstintaq materiallarında yazılıb ki, Mərkəzin baş direktoru və müavini əlbir olaraq alkoqolizmdən və narkomaniyadan əziyyət çəkən xəstələrin müalicəsinin təşkil edilməsi, müalicə olunma müddətinin uzadılması, müalicəsini birnəfərlik palatada davam etdirməsi, daha keyfiyyətli müalicə üçün xəstə yaxınlarından rüşvət alıblar.

Bundan başqa, E.Mustafayev müavininin əli ilə Mərkəzin həkim narkoloqlarından birindən işini davam etdirməsində maneə yaradılmaması və yaş həddi ilə bağlı təqaüd məsələsinin qabardılmaması məqsədilə pul istəyib. Belə ki, onun qarşısına xəstələrdən aldığı puldan rəhbərliyə çatdırılması tələbi qoyulub. Bu danışıqdan sonra həkimin evə buraxılarkən hər xəstədən aldığı 5 manat və yaxınlarının minnətdarlıq kimi 100 manat məbləğində etdikləri "hörmət"in 50 manatını Zamin Əliyevə verib.

Mərkəzin direktoru müstəntiqə verdiyi ifadəsində müavininin kimlərdən, hansı yolla pul almasından məlumatlı olmadığını, razılaşmaya əsasən, həftədə bir dəfə ona pul çatdığını etiraf edib. E.Mustafayev Z.Əliyevin ümumilikdə ona 3 800 manat pul verdiyini deyib. Hər evə buraxılan xəstədən 5 manat, yaxınlarından 100 manat alınmasına gəlincə, sabiq direktor bundan xəbərsiz olduğunu bildirib.
Zamin Əliyev isə ifadəsində daha açıq danışıb, kimlərdən hansı cür rüşvət aldığını etiraf edib.

E.Mustafayev və Z.Əliyevin qismən ziddiyyətli ifadələrinə görə müstəntiq onları üzləşdirib. Z.Əliyev qanunsuz əməllərini tək-tək sadalayıb. Toplanan vəsaitdən 30 faizini özünə götürdüyünü, qalanını isə direktora verdiyini onun üzünə deyib.
Müstəntiq baş direktorla müavinini üzləşdirdi: Xəstələrdən 5 manat yığılıbQeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Respublika Narkoloji Mərkəzində əməliyyat keçirib. Əməliyyatla Mərkəzin direktoru E.Mustafayev və birinci müavini Z.Əliyev saxlanılıblar. Həkimlər külli miqdarda rüşvət almaqda ittiham edilirlər. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar