Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/4 finalın son oyunları keçiriləcək.
Manevr.az xəbər verir ki, günün ilk matçı Düsseldorfdakı "Esprit Arena"da İngiltərə və İsveçrə komandaları arasında olacaq.
İngiltərə millisi 1/8 finalda Slovakiyanı 2:1 hesabı ilə məğlub edib. İsveçrə isə İtaliya yığmasından üstün olub - 2:0.
İtaliyalı referi Daniele Orsatonun idarə edəcəyi matç saat 20:00-da başlayacaq.
1/4 finalın son qarşılaşmasında Türkiyə millisi Niderlandla üz-üzə gələcək. 1/8 finalda Türkiyə yığması Avstriyanı (2:1), Niderland isə Rumıniyanı (3:0) məğlub edib.
Fransalı referi Klement Turpinin idarə edəcəyi matç Berlindəki Olimpiya stadionunda baş tutacaq.
AVRO-2024
1/4 final
6 iyul
Xəbər lenti
AVRO-2024: Bu gün 1/4 finalın son oyunları keçiriləcək

20:00. İngiltərə - İsveçrə
Baş hakim: Daniele Orsato (İtaliya).
Düsseldorf, "Esprit Arena".
23:00. Niderland - Türkiyə
Baş hakim: Klement Turpin (Fransa).
Berlin, Olimpiya stadionu.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































