Sizin Reklam Burada
Xəbər lenti
07-07-2024
06-07-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycana elektrik avtobusları gətiriləcək

Tarix: 04-07-2024 20:32     Baxış: 342 A- / A+
sharethis sharing button
Çinin ən böyük avtomobil istehsalçısı olan “BYD” konqlomeratı sosial şəbəkələrdə 160 ədəd 12 metrlik K9UD elektrik avtobuslarının Azərbaycana tədarükü üçün tenderin qalibi olduğunu rəsmən elan edib.
Manevr.az xəbər verir ki, iyulun 4-də “Gasgoo” nəşrinin saytında dərc olunmuş məqalədə qeyd olunur ki, elektrobusların dövlət satın alınması üzrə tenderdə qalib gələn “BYD” şirkəti elektrik avtobuslarını bir neçə partiya ilə çatdırmağı planlaşdırır.
Nəşrin bildirdiyinə görə, ilk tədarüklər artıq bu ay həyata keçiriləcək.
Bundan əlavə, 2025-ci ildən 2028-ci ilə qədər Azərbaycanın “BYD”dən hər il 200 elektrobus alınması barədə razılıq əldə olunub ki, bunlar “yerlərdə yığılacaq”, – deyə nəşr yazır. Gələcəkdə tərəflər Azərbaycanda elektrobusların istehsalının yaradılması məqsədilə əməkdaşlığı dərinləşdirmək niyyətindədirlər.
“Gasgoo” xatırladır ki, noyabrda Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Məqalədə vurğulanır ki, elektrik avtobuslarından istifadə Azərbaycanın yaşıllaşdırma və karbon qazı emissiyalarının azaldılması təşəbbüslərini həyata keçirməyə kömək edəcək.
Bu gün təxminən 80 min “BYD” elektrik avtobusu 70 ölkənin 400-dən çox şəhərində ictimai nəqliyyatın bir hissəsidir. Nəşr qeyd edir ki, şirkətin ən qabaqcıl texnologiyalarından istifadə etməklə yaradılmış “BYD K9UD” elektrik avtobusu etibarlılığı, yüksək səviyyədə təhlükəsizliyi və sərnişinlər üçün rahatlığı təmin edir.
“BYD Co Ltd” (Build Your Dreams) – “BYD Auto” avtomobil istehsalçısı və “BYD Electronic” akkumulyator və elektronika istehsalçısını özündə ehtiva edən, qərargahı Çinin Şençjen şəhərində yerləşən konqlomeratdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar