Sizin Reklam Burada
Xəbər lenti
27-09-2025
12:56
 
26-09-2025
BÜTÜN XƏBƏRLƏR

Üç məşhur həkim hakim qarşısına çıxarılır

Tarix: 07-07-2024 16:33     Baxış: 3142 A- / A+
Üz-çənə sahəsində tanınmış üç həkim pasiyenti düzgün müalicə etmədiklərinə görə məhkəməyə verilib.
Manevr.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, Elmira Tofiq qızı Ağabalayeva və anası Mahirə Məmmədrahim qızı Ağabalayeva üç tanınmış həkim - Sənan Tofiq oğlu Xankişiyev, Şamil Ehtibar oğlu Rzayev və Fərman İbrahim oğlu Həsənov barəsində Nərimanov rayon Məhkəməsinə şikayət ediblər. Məhkəmə prosesinə hakim Nərgiz Tağıyeva sədrlik edəcək.
Qeyd edək ki, mülki işdə cavabdeh qismində yuxarıda adı sadalanan həkimlər, "Araş Estetik" MMC, "Dental Arts Studio" MMC, "Real Hospital" MMC və Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası tanınıb. İddiaçı Elmira Ağabalayeva həkimlər və klinikalardan tələb kimi ona dəymiş ziyanı ödəməyi qoyub.
Xatırladaq ki, adları sadalanan həkimlər pasiyent cəlb etmək üçün TV-lərdə daim özlərini reklam edirlər. Şamil Rzayev hətta 2020-ci ildə keçirilən parlament seçkisində millət vəkilliyinə namizəd də olub.
Sənan Xankişiyev barəsində isə birinci pasiyent şikayəti deyil. Belə ki, 2017-ci ildə Südabə Məlikova adlı vətəndaş sağlamlığında yaranmış fəsadla bağlı Sənan Xankişiyevdən məhkəməyə şikayət də etmişdi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar