Sizin Reklam Burada
Xəbər lenti
08-07-2024
07-07-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyan Azərbaycana gələcək - Tarix bəlli oldu

Tarix: 05-07-2024 15:47     Baxış: 345 A- / A+

2022-ci il oktyabrın 6-da Praqada “Avropa Siyasi Birliyi” Zirvə Toplantısı çərçivəsində keçirilmiş dördtərəfli görüşdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan etdi.
Daha sonra aprelin 19-da Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edildi. Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub.
Təbii ki, Azərbaycanın qazandığı bu qələbələrdə Ali Baş Komandanın əvəzsiz rolu var. Onun yeritdiyi düzgün və inamlı siyasət bu gün Azərbaycanın bu qələbələri qazanmasında misilsiz bir rol oynayıb. Lakin son zamanlar noyabrda Azərbaycanda keçirləcək COP-29 konfransına Ermənistanın baş naziri Nikol Paşinyanın da gələcəyi ilə bağlı müzakirələr dolanır. Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu “Tərəflərin Konfransı” (COP29) noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək.
Maraqlıdır, Nikol Paşinyan bu konfransa dəvət alacaq?
Manevr.az xəbər verir ki, məsələ ilə bağlı danışan politoloq Tofiq Abbasov News24.az-a bildirib ki, Paşinyan əslində həmin tədbir üçün Azərbayana dəvətlidir:
“COP-29 elə bir tədbirdir ki, bütün dövlət və hökumət başçıları ora avtomatik dəvət alırlar. Azərbaycanda “Tərəflərin Konfransı”-nın (COP29) keçirilməsini məzh Ermənistan tövsiyyə etdi və Ermənistan bizim namizədliyimizi dəstəklədi. İlk dəfə ikitərəfli formatda biz onlarla münasibət qurduq, danışıqlar apardıq, hərbçilərin mübadiləsi oldu. Daha sonra Ermənistan Azərbaycanın namizədliyini dəstəklədi. Azərbaycan da COP-29 konfransında Ermənistanın müəyyən mövqelərini dəstəkləyib”.
Politoloq qeyd edib ki, Ermənistanla Azərbaycan arasındakı münasibətlər anlaşma şəraitinə köçürülüb və Paşinyanın ölkəmizə gəlməsi münasibətlərin daha da normallaşdırılması üçün ciddi bir addımdır:
“Biz artıq görürük ki, bu zəmində anlaşma prosesi yaranıb. Bu, bəyəm pisdir? Xeyr! əksinə yaxşı əlamətdir. Buna görə də düşünülür ki, Paşinyan gələ bilər, hətta, çox güman ki, gələcək. Proses sülh müstəvisində öz həllini tapa biləcək. Bu əlverişli bir şərait olacaq. Həm də Paşinyanın Azərbaycana gəlməsi təqsirli olan şəxsin özünü əfv etdirmək üçün atdığı bir addım ola bilər. Çünki bu günə qədər baş vermiş bütün münaqişələrin və müharibələrin səbəbkarı elə Ermənistan hökumətidir. O bura gəlməklə həm təqsirli, həm də təqsirli tərəf olduğunu etiraf edəcək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar