Sizin Reklam Burada
Xəbər lenti
05-10-2024
04-10-2024
BÜTÜN XƏBƏRLƏR

Rezidenturaya qəbul imtahanının II mərhələsinə qeydiyyat başladı

Tarix: 08-07-2024 09:58     Baxış: 487 A- / A+

Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat başlayıb.
Manevr.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) “məqbul” almış (40 və daha çox bal toplamış) və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün 15 iyul saat 23:59-dək tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.
Məlumatda qetd edilib ki, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.
İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının avqustun 4-də Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar