Sizin Reklam Burada
Xəbər lenti
05-10-2024
04-10-2024
BÜTÜN XƏBƏRLƏR

"Greencard Azerbaijan"ın direktoru niyə həbs edilib?

Tarix: 05-10-2024 21:21     Baxış: 320 A- / A+
"Greencard Azerbaijan"ın direktoru niyə həbs edilib?"Abroad" MMC-nin rəhbəri və "Greencard Azerbaijan" şirkətinin direktoru, dələduzluqda təqsirləndirilən Rüfət Piriyev barəsindəki cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Oktyabrın 16-na iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Anar Sadıqovun sədrliyi ilə keçiriləcək.

Rüfət Piriyevə Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə 42 nəfər zərərçəkmiş qismində tanınıb.

İş materiallarına görə, Rüfət Piriyev vətəndaşları viza düzəltmək adı ilə aldadıb. Bununla bağlı hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər daxil olub. Şikayətlər əsasında onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb və o axtarışa verilib. Bu ilin yanvarında polis əməkdaşları Rüfət Piriyevin yerini müəyyən edib və o, saxlanılıb. Yasamal Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar