Sizin Reklam Burada
Xəbər lenti
05-10-2024
04-10-2024
BÜTÜN XƏBƏRLƏR

25 illik mücadilə - Akəm Xaqan yazır

Tarix: 06-10-2024 09:57     Baxış: 256 A- / A+


Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB), 1998-ci ildə, ilk yarandığı gündən müxtəlif  türk dilli ölkələr arasında ədəbi əlaqələrin inkişafını,  gənc yazarları bir araya gətirilərək  dəstəklənməsinə, ortaq türk mədəniyyətini, dilini və ədəbiyyatını təşviq etməyə hədəflənmişdi. Bu  elə bir zamana təsadüf edirdi ki,  Azərbaycan müstəqilliyini yeni elan etmiş, Sovet məkanından ayrılsaq da hələ tam qopa bilməmiş avropa və sovet sevdalılarının itirdikləri mövqeyi yenidən qaytarmaq cəhdi,  başqa bir yanda isə Qarabağ qarışıq işğal  altında inləyən Vətən torpaqlarının qaytarılmasını istəyən  milli və dini mənsubiyyətini xatırlamış xalq oyanış-diriliş çabası göstərirdi. Belə vaxtda  türk  birliyi, Türk mənliyi söz-söhbıtlər mübahisə doğurur, sanki gizli bir əl bu dialoqları susdurmağa çalışır, xalqın oyanışını ləngidirdi. 
1990-ci ilin Qanlı Yanvar, 1991-ci ilin aprel hadisəsi, aydınlarımızin müəmmalı qətli, 1992-ci ildə artıq Xocalı soyqrımın açısı dinməmiş, ağrısı unudulmamışdır.

Aradan 25 il keçsə də yaradılması sırasında Əkbər Qoşalı başda olmaqla gənc yazarlardan Rəsmiyyə Sabir, Aygün Həsənoğlu, Namiq Hacıheydərli, İntiqam Yaşar və s.  imza shiblərinin Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB)  yaratmaq cəhdi ilə meydana çıxmıdığı vaxtları yaxşı  xatırlayıram. Oyanış eşqilə coşan  bir  zamanda  gənc nəsil yazarlarla işləmək, onları aktiv fəaliyyətə cəlb etmək və yönəltmək çətin idi. Bu da bir yana onların  yaradıcılıq  imkanlarının artırması üçün daha çox maddi və mənəvi dəstəyə ehtiyac var idi. Bu da azmış kimi, hələ nə istədiyini bilməyən gənc nəsil yazarları  gözləmədikləri  yaşlı nəslin qısqanc tavrı ilə qarşılaşmış,  DGTYB-nin  istiqamətinə göz yuman fitnə-fəsad gəzənlərin YB-nə  alternativ qurum kimi qələmə verilən söz-söhbətlərlə  ruhdan salmağa çalışırdılar. Maddi və mənəvi sixintılar  o dövrün bir reallığı idi.
Bütün bu çətinliklər Əkbər  Qoşalının - Təşkilatın təsisçisi və ilk başqanı olaraq  əzmini, inamını  qıra bilmədi. Zaman keçdikcə  inananları, ona güvənənləri və ən başlıcası həqiqi yaratmaq eşqilə çalışanları öz ətrfında toplaya  bildi. Təşkilatın yaranmasına  məhz  o zaman Nizami Cəfərov, Polad Bülbüloğlu,  Musa Yaqub  və  Sabir Rüstəmxanlı kimi  türk dünyasında tanınan ədəbiyyat, elm və sənət xadimləri dəstək oldu. DGTYB-yi 1998-ci ildə yaransa da 1999-cu ildə  Qazaxıstanda təsis olundu və nəhayət uluslararası  bir qurum olaraq dövlət qeydiyatından keçdi. Əkbər Mehdi oqlu Yolçuyev -(Əkbər Qoşalı) Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB)  təsisçi və ilk başqanı  seçildi... Mən o zaman təşkilatin Şəki bölgəsini təmsil edirdim.

Əslində  DGTYB türk dilli ölkələr arasında əməkdaşlığı gücləndirməyə çalışır, lakin bu ölkələr arasında bəzən siyasi, mədəni fərqliliklərin mövcudluğu, siyasi sabitliyin olmaması və ya regionlararası  əməkdaşlığa olan məhdud  maraq təşəbüslərin  böyüməsinə mane olurdu .  O cümlədən  dövlət qurumları ilə işlərkən ortaya çıxan bürokratik əngəllər,  təhsildə və sistemdə ədəbiyyata verilən əhəmiyyətin azalması, texnologiya və digər sahələrin daha çox cəlbedici olması,  gənclərin marağının  azalması  belə təşəbbüslərin böyüməsinə mane olan faktorlardan idi.
 
Daha böyük layihələr həyata keçirib,  beynəlxalq səviyyədə  təsir yaratmaq üçün Dünya Gənc Türk Yazarlar Birliyinin fərqli fəaliyyətinə  dövlət dəstəyinin olması vacib idi.  Sizə aydın olsun diyə , qeyd edim ki, bu dəstək bir neçə istiqamətdə özünü göstərilməliydi:
-Maliyyə və təşkilat dəstəyi; Təşkilatın həyata keçirdiyi layihələr, tədbirlər və ya ədəbi festvallar dövlət və  müvafiq  mədəniyyət fondlarının dəstəyi ilə təşkil olunur
-Mədəni diplomatiya;  DGTYB türk dilli  ölkələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsi üçün önəmli bir platformadır ki, bu səbəbdən Azərbaycan və digər türk dövlətlərinin diplomatik səyləri ilə  təşkilata beynəlxalq tədbirlər dədəstək göstərilir. 
-Təşkilatı dəstək;  DGTYB,  Mədəniyyət Nazirliyi və digər dövlət qrumları ilə sıx əməkdaşlıq edərək birgə layihələr həyata keçirir ki, bu da təşkilatın fəaliyyətinidaha geniş miqyasda həyata keçirməsinə imkan yaradır.
-Məkan və loqistika dəstəyi;  Bir çox hallarda təşkilatın tədbirləri üçün  dövlət qrumları məkan təmin edir, loqistik  dəstək göstərir və bu da təşkilatın daha efektli fəaliyyət göstərməsinə imkan verir.

Çox şükür ki, ilk vaxlar çətin olsa da  gərgin və yorulmaz çalışmalar səmərə verdi. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin,  Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun,  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının  və s. donar qurumların dəstəyi ilə onlarla layihələr həyata keçirilmiş oldu. 
Dünya Gənc Türk Yazarlar Birliyi  türk dünyasında önəmli  bir təşkilat olaraq  türk dilli xalqların yaxınlaşması missiyasına öz tövhəsini verdi, həm də gənc yazarların ədəbi fəaliyyətinin inkişafına və daha geniş miqyasda tanınmasına xidmət etdi.  Beləcə mədəni diplomatiya ilə  yaradıcı gənclik həm təmsil etdiyi olkə qarşısında  məsuliyyətini,  həm də vətəndaşlıq mövqeyindən çıxış edərək   ictimai fəallığıni artırmış oldu.  Bu 25 illik bir gənc üçün  böyük uğur, təşkilat üçün şərəfli bir işdir. 

Bəzi mənbələrdə təşkilatın fəaliyyətinin geniş ictimaiyyətə təsir edə bilmədiyini, daha geniş platformalarda görünməz qaldığını  qeyd etsələr də  DGTYB-nin fəaliyyəti əsasən türk dilli ölkələrdə tanınır, lakin beynəlxalq miqyasda daha geniş auditoriyaya çatmaqda çətinlik çəkir. Bunun səbəbi türk ədəbiyyatının qlobal arenada nisbətən az təbliğ olunması və təşkilatın resurslarının beynəlxalq əlaqələri inkişaf etdirmək üçün məhdud olması ilə bağlı olduğunu düşünürəm. 
Butün cətinliklərə baxmayaraq türkdilli xalqlar arasında könül körpüsü quran  Dünya Gənc Türk Yazarlar Birliyi  (DGTYB)  ilk addımları ataraq qardaş ellərə cığır açmış oldu ki, artıq onlarla türksoylu rəsmi və ya qeyri rəsmi təşkilatlar yaradıldı və  qardaş ölkələrlə daha sıx əlaqələr  qurulmasına təkan verdi. Cox şükür ki, 25  illik mücadilə uğurla nəticələndi.  Yubley münasibətilə  DGTYB-nin gənc başqanı İntiqam Yaşarı,  Məsləhət Şurasının başqanı Əkbər Qoşalını və  idarə heyyətini, bu uğura sevinən hər bir türk övladını təbrik edirəm. Tanrı Sizi qorusun! Tanrı Türkü qorusun!

Akəm XAQAN
şair, tənqidçi 




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar