Sizin Reklam Burada
Xəbər lenti
08-07-2024
07-07-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda dağıdıcı zəlzələlər gözlənilir? - RƏSMİ

Tarix: 05-07-2024 17:50     Baxış: 342 A- / A+
cilide-guclu-zelzele-oldu
Azərbaycanda güclü, dağıdıcı zəlzələlərin baş verəcəyinə dair verilən “proqnozlar” ın heç bir elmi və məntiqi əsası yoxdur və vətəndaşlarımızı bu cür əsassız məlumatlardan narahat olmasınlar.
Manevr.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib.
O bildirilib ki, son günlər bəzi media orqanlarında bu il Azərbaycanda güclü zəlzələlər olacağına dair məlumatlar yayılır:
"Bildirmək istəyirəm ki, Azərbaycan ərazisi Alp-Himalay qırışıqlıq zonasında yerləşir. Təkcə bizim ölkəmiz deyil, ümumilikdə Cənubi Qafqaz regionu seysmik baxımdan aktiv bölgədir. Seysmik aktiv bölgələrdə zəlzələlərin qeydə alınması ərazinin seysmikliyi ilə əlaqədardır və hər gün təkcə bizim ölkəmizdə deyil, bütün dünyadakı aktiv bölgələrdə yüzlərlə kiçik təkanlar qeydə alınır. Bu zəlzələlərin əksəriyyəti xırda təkanlar olduğuna görə Yer səthinə gəlib çatmır və insanlar tərəfindən hiss olunmur. Bununla belə seysmik bölgələrimizdə vaxtaşırı maqnitudası 4, bəzən 4-dən bir qədər çox, 5 və ya 5-dən bir qədər yüksək olan, insanlar tərəfindən hiss olunan zəlzələlər də qeydə alınır".
 
O vurğulayıb ki, il ərzidə seysmik stansiyalar Azərbaycan ərazisində 4000-5000, bəzi hallarda isə 6000-ə yaxın zəlzələ qeydə alır:
 
"Onların arasında maqnitudası 4-5 olan hiss olunan zəlzələlər də olur ki, bu da yuxarda qeyd etdiyim kimi ərazimizin aktiv bölgədə yerləşməsi ilə bağlıdır. Yəni burda qeyri-adi və proqnozluq heç nə yoxdur. Bu, bütün seysmik baxımdan aktiv olan bölgələr üçün xarakterik bir haldır. O ki qaldı, Azərbaycanda güclü, dağıdıcı zəlzələlər gözlənildiyi barədə “proqnozlara” bildirmək istəyirəm ki, zəlzələ bu günə qədər dəqiq proqnozu olmayan təbiət hadisəsidir. Heç kim deyə bilməz ki, zəlzələ baş verəcək yaxud baş verməyəcək. Çünki bütün dünyada zəlzələnin dəqiq proqnozu yoxdur. Bunun da əsas səbəbi zəlzələ ocaqlarının Yerin dərin qatlarında yerləşməsi ilə bağlıdır. Odur ki, ölkəmizdə güclü, dağıdıcı zəlzələlərin baş verəcəyinə dair verilən “proqnozlar” ın heç bir elmi və məntiqi əsası yoxdur və vətəndaşlarımızı bu cür əsassız məlumatlardan narahat olmasınlar".



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar