Sizin Reklam Burada
Xəbər lenti
18-06-2024
17-06-2024
BÜTÜN XƏBƏRLƏR

Lilpar Cəmşidqızı "Zəfəri yaşadanlar" kitabını təqdim etdi - ŞƏKİLLƏR

Tarix: 09-06-2024 10:02     Baxış: 3130 A- / A+

AYB Sumqayıt bölməsi və N.Nərimanov adına şəhər Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə şair-qəzəlxan Lilpar Cəmşidqızının şəhidlərə həsr etdiyi "Zəfəri yaşadanlar" adlı kitabının təqdimat mərasimi keçirildi. 

Manevr.az xəbər verir ki, tədbirdə şəhid anaları, şəhər ictimaiyyətinin nümayəndələri  və ziyalılar iştirak edirdi. Tədbirin moderatoru AYB - nin poeziya seksiyasının rəhbəri, Poeziya Evinin direktoru İbrahim İlyaslı hər kəsi salamladıqdan sonra kitab haqqında geniş məlumat verdi. Şumqayıt şəhər İcra Hakimiyyətinin Humanitar məsələlər üzrə şöbəsinin müdiri Fərman Kazımov, "Şəhid analarına dəstək" ictimai birliyinin rəhbəri Ceyran Axundova, Ağsaqqallar şurasının sədri Təbrik Quliyev, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, şair-qəzəlxan Əhməd Haqsevər, şair Fəxrəddin Meydanlı, şəhid anaları çıxış edərək şəhidlərimizə həsr olunmuş kitabların yazılmasının günümüz üçün əhəmiyyətindən danışaraq, bu ağır missiyanı öz üzərinə götürüb belə kitabı araya-ərsəyə gətirdiyi üçün Lilpar xanıma təşəkkür etdilər. Bədii qiraətçi Arzu Heydərovanın ifasında  səslənən Lilpar Cəmşidqızının  şeirləri məclisə başqa bir ovqat bəxş etdi. Tədbirdə Əhməd Bakıxanov adına musiqi məktəbinin müəllimi, xanəndə Firudin Ağayev Lilpar xanımın qəzəllərindən ibarət muğamları ifa etdi. Sonda Lilpar xanım kitabı imzalayaraq şəhid ailələrinə təqdim etdi və xatirə şəkilləri çəkdirdi.

 Gülnarə Cəmaləddin
AYB Sumqayıt bölməsinin sədri






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar