Sizin Reklam Burada
Xəbər lenti
05-07-2024
04-07-2024
BÜTÜN XƏBƏRLƏR

Sus kəndində ilk körpə dünyaya gəldi- ŞƏKİL

Tarix: 03-07-2024 17:33     Baxış: 439 A- / A+
Sus kəndində ilk körpə dünyaya gəldi (FOTO)
Laçın rayonunun işğaldan azad edildikdən sonra yenidən salınmış Sus kəndində ilk körpə dünyaya gəlib.

Manevr.az
xəbər verir ki, körpənin valideynləri – Anar və Lamiyə Yolçulular bu ilin may ayında doğma yurda qayıdıb və burada onlara verilən fərdi evdə daimi məskunlaşıblar.

Hər iki valideyn - Anar və Lamiyə məcburi köçkün ailənin övladlarıdır.

"Biz məcburi köçkünlüyün çətinliklərini görmüş ailələrdənik. Ancaq həmişə dövlətimizin, möhtərəm Prezident cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunmuşuq. Torpaqlarımızın işğaldan azad edilməsi ilə bizim də həyatımızda yeni bir dövr başlandı. Dövlətimizin başçısının tapşırığı ilə yeni salınan Sus kəndində gənc ailə kimi bizə də ev verildi. Dərin minnətdarlıq hissi, böyük arzularla qayıtmışıq doğma yurda… Əminik ki, özümüz də, oğlumuz da Susda daim xoş günlər yaşayacağıq”, – deyən Anar Yolçulu qardaşı ilə birlikdə torpaqların işğaldan azad edilməsi uğrunda döyüşlərdə, 44 günlük Vətən müharibəsində iştirak edib.

Onun atası Nüsrət isə birinci Qarabağ müharibəsinin veteranıdır.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar