Sizin Reklam Burada
Xəbər lenti
03-07-2024
02-07-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda yüksəkvəzifəli şəxs işdən çıxarılıb

Tarix: 01-07-2024 22:27     Baxış: 431 A- / A+
Azərbaycanda yüksəkvəzifəli şəxs işdən çıxarılıbElm və Təhsil Nazirliyi ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tabe qurumlarda növbəti dövri yoxlama tədbirləri çərçivəsində Dağlıq Şirvan Regional Təhsil İdarəsində (RTİ) yoxlamalar aparıb.

Bu barədə agentlik məlumat yayıb.

Qeyd olunub ki, yoxlamalar yerli bölmələr tərəfindən təhsilin dövlət standartlarına uyğun təşkilinə nəzarətin həyata keçirilməsi, direktor və direktor müavinlərinin işə qəbulu prosesinin mövcud qaydalara uyğun təşkili, kadrların təyinatı və yerləşdirilməsi, eyni zamanda qayda və təlimatların icra vəziyyətinin yoxlanılması məqsədilə həyata keçirilib.

Aparılan yoxlamalar zamanı sözügedən idarənin fəaliyyətində müsabiqə qaydaları və şərtlərinin, təlimati sənədlərin tələblərinin ciddi şəkildə pozulması halları aşkarlanıb. Bununla yanaşı, RTİ-nin tabeliyində fəaliyyət göstərən müəssisələrə nəzarətin təşkilində nöqsanlar aşkar edilib.

Araşdırmanın nəticəsinə əsasən, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev elm və təhsil nazirinin müvafiq əmri ilə iyulun 1-dən tutduğu vəzifədən azad edilib.

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir vəzifəsinin icrası müvəqqəti olaraq idarənin müdir müavini Həmid Qasımova həvalə edilib.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar