Xəbər lenti
Azərbaycanın Xalq artisti bütün əmlakını boşandığı xanımına verəcək
Xəbər verdiyimiz kimi, Xalq artisti Yusif Eyvazov həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebkodan ayrılıb.
Cütlük dostluq münasibətlərini davam etdirir, birlikdə tamaşalarda səhnəyə çıxır. Onların ayrılmasından sonra gündəmə gələn mövzu isə əmlak
bölgüsü olub. Rus mediası bütün mülkün Annaya qalacağını yazıb. Belə ki, cütlük nikahdan əvvəl müqavilə bağlayıb.
"Vyana, Avstriya müqaviləsində qadının bütün hüquqları var. Boşandıqdan sonra bütün əmlak onun adında qalacaq" deyə, yazıda yazılıb.
Yusif isə bunun doğru olduğunu etiraf edib və "Bütün dünyada uşaqlı qadını qanunlar qoruyur" sözlərini söyləyib.
Hazırda Rusiyada Annanın qazancı yüksək deyil. Yeri gəlmişkən, "Çaykovski” zalında cütlüyün konsertinə bir biletin qiyməti 170 min rubldur.
Ulduz cütlüyün dostları əmindirlər ki, həyat yoldaşları maddi iddialar olmadan ayrılacaqlar. İddialara görə, cütlüyün boşanmasına başqa bir səbəb isə Annanın Yusifdən varis dünyaya gətirə bilməməsidir.
"Yusif uşaqları sevir, Anna yaşına görə ona uşaq dünyaya gətirə bilməyib, 52 yaşı var, ondan 6 yaş böyükdür" deyə, cütlüyün dostları "Komsomolskaya pravda” nəşrinə bildiriblər.
Eyvazov bu yaxınlarda Azərbaycan Akademik Opera və Balet Teatrının direktoru olub. Vəzifə onun tez-tez Bakıda olmasını tələb edir. Yusifin öz dünya turları da var. Anna Azərbaycanda yox, Avropada yaşamağa üstünlük verir.
Qeyd edək ki, uzun illər əvvəl Anna uruqvaylı tenor Ervin Şrott ilə vətəndaş nikahına daxil olub. Bu münasibət 6 il davam edib. Ervindən müğənninin Tiaqo adlı bir oğlu dünyaya gəlib. Cütlüyün övladı autizm xəstəliyindən əziyyət çəkir. Netrebko Yusif Eyvzovla ailə qurduqdan sonra Tiaqonu öz oğlu kimi sevərək ona əsl ata qayğısı və nəvazişi göstərib./axşam.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar