Sizin Reklam Burada
Xəbər lenti
03-07-2024
02-07-2024
BÜTÜN XƏBƏRLƏR

Zaur, Xoşqədəm, Lalə və Elgizlə bağlı qərar verildi: “Yeni mövsümdən…”

Tarix: 02-07-2024 12:29     Baxış: 534 A- / A+
Təqribən 3 ay öncə Prezident Administrasiyası tərəfindən ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərlərinə kanalda yayımlanan bəzi verlişlərlə bağlı xəbərdarlıq edildiyi deyildi.
Qeyd edildi ki, ictimai narazılıq və narahatlıq doğuran "Bizimləsən”, "Elgizlə izlə”, "Səni axtarıram”, "Həmin Zaur”, "Gəl danış”, "Yaxşılığa doğru” kimi verilişlər son illər teleradio məkanının inkişafı sahəsində əldə olunmuş uğurlara ciddi kölgə salır.
Telekanalların reytinq yarışında etik qaydaların pozulduğu, milli-mənəvi dəyərlərimizə xələl gətirildiyi, insanların şəxsi həyatına kobud müdaxilələrin yol verildiyi bildirilərək ən qısa zamanda tədbir görülməsi tələb olundu.
Bütün bunlara baxmayaraq, verilişlərin məzmununda hər hansı dəyişiklik müşahidə olunmadı. Onların bəzisi efir saatını azaltdı, bəzisi özünə əlavə veriliş açdı.
Cəmiyyətdə səsləndirilən iddialardan biri də yeni mövsümdə sözügedən aparıcıların telekanaldan birdəfəlik uzaqlaşdırılacağı idi.
Manevr.az xəbər verir ki, "Yeni Sabah" məsələnin təfərrüatını öyrənib. Tənqid hədəfi olan həmin telekanalların birində çalışan nüfuzlu mənbə saytımıza açıqlamasında bildirib ki, bu iddialar yeni mövsümdə özünü doğrultmayacaq.
Onun sözlərinə görə, özəl telekanalların rəhbərləri sözügedən verilişlərə alternativ tapa bilməyiblər. Ötən müddət ərzində bir neçə yeni layihə müzakirə mövzusu olsa da, onların heç birinin yüksək reytinq gətirəcəyinə əminlik yaranmayıb. Oxşar süjet xəttinə malik olan həmin verilişlərin alternativini yaratmaq mümkün olmayıb. Nəticədə, hazırda reytinqinə görə ilk sıralarda qərarlaşan “Bizimləsən”, "Elgizlə izlə”, "Səni axtarıram”, "Həmin Zaur”, "Gəl danış”, "Yaxşılığa doğru” verilişlərinin yayımının gələn il də davam etdirilməsinə qərar verilib.
Məlumatlı şəxs deyib ki, gözdən pərdə asmaq üçün müəyyən kosmetik dəyişikliklərin edilməsi nəzərdə tutulub. Burada söhbət studiyaların dizaynının dəyişməsindən, cəmiyyətdə mənfi reputasiyaya malik olan ekspertlərin uzaqlaşdırılmasından və verilişlərin efir saatının qısaldılmasından gedir.
Qərara alınıb ki, sözügedən kosmetik dəyişikliklər avqust ayının əvvəlindən etibarən tamaşaçılara “inqilabi dəyişiklik” kimi təqdim olunsun.
Sonda mənbə gözləntilərin əksinə olaraq, Zaur Baxşəliyev, Lalə Azərtaş, Xoşqədəm Hidayətqızı, Zaur Kamal və Elgiz Əkbər kimi aparıcıların yeni sezonda tamaşaçıların qarşısına təkrar çıxacağını bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar