Sizin Reklam Burada
Xəbər lenti
03-07-2024
02-07-2024
BÜTÜN XƏBƏRLƏR

"Nə qədər ki, o, hakimiyyətdədir, Azərbaycanla yeni savaş başlanmasına yol verməyəcək..."

Tarix: 01-07-2024 21:42     Baxış: 437 A- / A+
"Nə qədər ki, o, hakimiyyətdədir, Azərbaycanla yeni savaş başlanmasına yol verməyəcək...""Deyəsən, artıq erməni xalqı özü də yaxşı başa düşür ki, əlləri Azərbaycan xalqı ilə bərabər öz xalqlarının da qanına batmış quldur Köçəryan, Sərkisyanlardan Ermənistana bir fayda gəlməyib və gəlməyəcək də. Və belələrinin hakimiyyətə gəlmə şansları sıfırdır..."

"Köçəryan, Sərkisyan kimi avantüristlər və onların keşiş Baqrat kimi əlaltıları Rusiyanın əli ilə hakimiyyətə gəlmək və öz maddi istəklərini həyata keçirmək üçün hər şeyə hazırdırlar. Deyəsən, artıq erməni xalqı özü də yaxşı başa düşür ki, əlləri Azərbaycan xalqı ilə bərabər öz xalqlarının da qanına batmış quldur Köçəryan, Sərkisyanlardan Ermənistana bir fayda gəlməyib və gəlməyəcək də. Və belələrinin hakimiyyətə gəlmə şansları sıfırdır... Həm də bayaq dediyim kimi, o revanşist, irqçi, işğalçı xislətli ermənilərin arxasında Rusiya dururdu. Amma indi artıq Moskva da onlardan tamamilə üz döndərməkdədir. Yəni artıq Rusiya da başa düşdü ki, bu topluma arxa çevirmək olmaz... Çünki onlar ömür boyu arxalarında duranları satıblar. Vaxtilə Türkiyəni satıblar, İrana da xəyanət ediblər, indi də Rusiyanı satdılar".

 Keçmiş müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev  bildirib ki, "Ümumiyyətlə, 2020-ci ildən bəri Azərbaycan ordusunun əldə etdiyi qələbələrdən sonra indi və yaxud yaxın gələcəkdə Ermənistan dövləti Azərbaycana hücuma keçmək cəsarətinə malik ola bilərmi?" sualını bu cür cavablandırıb:

"Qətiyyən. Bunlar hamısı revanşist erməni dairələrinin və onların arxasında duran Rusiya hakimiyyətinin cəfəngiyyat təbliğatıdır. Əvvəla, öncə sadaladığımız səbəblər, xüsusən də müharibə aparmaq üçün Ermənistanın resursları olmaması məsələsi buna imkan vermir. İkincisi də nə qədər ki, Nikol Paşinyan İrəvanda hakimiyyətdədir, o, Azərbaycanla yenidən müharibə başlanmasına imkan verməyəcək. Hazırda göz qabağındadır ki, Kreml tərəfindən dəstəklənən siyasi və dini dairələr Paşinyanı devirməyə çalışırlar ki, yenidən savaşa başlayıb Qarabağ münaqişəsini alovlandırsınlar. Lakin son aylarda da Moskvanın təhriki ilə erməni kilsəsi tərəfindən ortalığa atılmış erməni keşiş Baqratın başçılıq etdiyi hərəkatın iflasa uğraması da sübut edir ki, erməni toplumu Paşinyanı dəstəkləyir. Və Ermənistanın gələcəyi üçün onun mövqeyi düzgündür. Paşinyan erməni xalqını Qarabağ yükündən qurtarıb xilas etməyə çalışır. Amma Köçəryan, Sərkisyan kimi avantüristlər və onların keşiş Baqrat kimi əlaltıları Rusiyanın əli ilə hakimiyyətə gəlmək və öz maddi istəklərini həyata keçirmək üçün hər şeyə hazırdırlar. Deyəsən, artıq erməni xalqı özü də yaxşı başa düşür ki, əlləri Azərbaycan xalqı ilə bərabər öz xalqlarının da qanına batmış quldur Köçəryan, Sərkisyanlardan Ermənistana bir fayda gəlməyib və gəlməyəcək də. Və belələrinin hakimiyyətə gəlmə şansları sıfırdır... Həm də bayaq dediyim kimi, o revanşist, irqçi, işğalçı xislətli ermənilərin arxasında Rusiya dururdu. Amma indi artıq Moskva da onlardan tamamilə üz döndərməkdədir. Yəni artıq Rusiya da başa düşdü ki, bu topluma arxa çevirmək olmaz... Çünki onlar ömür boyu arxalarında duranları satıblar. Vaxtilə Türkiyəni satıblar, İrana da xəyanət ediblər, indi də Rusiyanı satdılar".

"Eyni zamanda, deyəsən, ermənilər də başa düşdü ki, Rusiyaya da etibar etmək olmaz, anladılar ki, Kreml onlardan bir alət kimi istifadə edir?" sualının cavabında isə sabiq nazir belə deyib:

"Bəli, elədir. Onlar bunu tədricən başa düşürdülər. Ancaq Azərbaycan ordusunun son qələbələrindən sonra da bunu bir daha anladılar. Və Paşinyan da onları başa saldı ki, Rusiyadan Ermənistana heç bir fayda yoxdur, Qərbə üz tutmaq
 lazımdır..."

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar