Sizin Reklam Burada
Xəbər lenti
02-07-2024
BÜTÜN XƏBƏRLƏR

Bağçılıqla məşğul olmaq bu xəstəlikdən qoruyur

Tarix: 30-06-2024 19:16     Baxış: 336 A- / A+

Yeni bir araşdırmaya görə, bağçılıq işləri ilə məşğul olmaq beyni sağlam saxlayır.
Manevr.az medicina.az-a istinadən xəbər verir ki, Edinburq Universitetində psixoloqlar tərəfindən aparılan araşdırma çərçivəsində yüzlərlə şotlandiyalının həyat tərzləri və tibbi vəziyyətləri demək olar ki, bir əsr ərzində izlənilib.
Nəticədə insanın beyin sağlamlığını qorumağın yolları ilə bağlı əhəmiyyətli amillər tapılıb.
Araşdırmaya görə, bağça işlərinə sərf olunan vaxt insanları 80 yaşa qədər demensiyadan qoruya bilər.
Üstəlik bu iqtisadi vəziyyətindən və təhsilindən asılı olmayaraq hamı üçün keçərlidir.
"Journal of Environmental Psychology" jurnalında dərc olunan məqalə belə yekunlaşır:

"Bağçılığın zehni stimullaşdırıcı təbiəti, hələ nisbətən öyrənilməmiş olsa da, hətta yaşlı yaşlarda belə beyinə fayda verə bilər".
Tədqiqatçılardan biri olan Cillian Kansıll bildirib ki, insanlar çox vaxt bağçılığın gətirə biləcəyi faydaları dərk etmirlər.

"Alaq otlarını təmizləmək, torpağı qazmaq, bitkiləri əkmək əllərin gücünü artırır. Araşdırmalar göstərdi ki, bu, beyin sağlamlığını da artıra bilər. Həmçinin, öz qidanızı yetişdirmək daha sağlam qidalanmaqda da rol oynayır".

Qeyd edək ki, tədqiqatın aparıldığı Şotlandiyada hazırda 100 min nəfər demensiya ilə mübarizə aparır. Bütün ölümlərin 13 faizi bu xəstəlikdən qaynaqlanır.
Sağlam olmayan həyat tərzi xəstəliyin inkişaf riskini artırır. Beyni aktiv saxlamaq və kifayət qədər yuxu almaq xəstəliyin qarşısını almağa kömək edə bilər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar