Sizin Reklam Burada
Xəbər lenti
30-06-2024
BÜTÜN XƏBƏRLƏR

Ətraf mühitin sağlamlaşdırılması böyük önəm daşıyır

Tarix: 28-06-2024 17:24     Baxış: 3128 A- / A+
Yaşıl dünya naminə həmrəylik  Elvin ATAKİŞİYEV,
Sumqayıt Hərbi
Prokurorluğunun böyük
müstəntiqi vəzifəsi üzrə stajor



COP – İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası insanın iqlim mühitinə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (ConferenceofParties) adreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflərin Konfransı İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Bu Konvensiyaya üzv olan 190-dan çox ölkə var. 
Ötən il dekabrın 11-də Dubayda COP28-in plenar iclasında COP29-un bu il Azərbaycanda keçirilməsi haqqında qərar qəbul olunub. Bu gün  Azərbaycan  iqlim dəyişmələrinin mənfi nəticələri ilə mübarizəyə yönəlmiş mühüm təşəbbüslərlə çıxış edir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibi seçilməsi ölkəmizin nüfuzunu daha da artıracaq. Bu, həm  də Azərbaycanın neft və qaz ixrac edən ölkə olmasına baxmayaraq, “yaşıl keçid” üçün güclü siyasi iradəsinin göstəricisidir. Ümumiyyətlə, hər bir dövləti dünya birliyi  üçün cəlbedici edən onun beynəlxalq imicidir. Bu çərçivədə beynəlxalq təşkilatlar öz tədbirlərini keçirərkən seçdikləri məkanın imkanları və resursları ilə yanaşı, qlobal miqyasdakı nüfuzuna da önəm verirlər. Azərbaycanda bugünədək baş tutan çoxlu sayda siyasi, iqtisadi və humanitar mövzularda tədbirləri nəzərə alsaq ölkəmizin unikal məkan olduğunu söyləmək mümkündür.
Əlbəttə, hazırda iqlim dəyişmələri bəşəriyyəti ağuşuna alan qlobal problemlərdən birinə çevrilib. Bu baxımdan, dünya birliyinin bu dəyişmələrin ətraf mühitə təsiri barədə narahatlığı getdikcə artır. Çünki dünya ölkələrinin əksəriyyəti iqlim dəyişmələrindən əziyyət çəkir. Bu problem dövlətlərin iqtisadi vəziyyətinə təsir etməklə yanaşı, insanların sağlamlığına da ciddi ziyan vurur. Son dövrlərdə Yer kürəsində baş verən dəyişikliklər vəziyyətin kəskinləşdiyinin əyani sübutudur. Daha dəqiq desək, son yüz ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Antropogen amillərlə əlaqədar olan bu dəyişmələr planetin müxtəlif yerlərində təbii fəlakətlərin çoxalması ilə xarakterizə edilir. Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirinə məruz qalır. Təsadüfi deyil ki, iqlim dəyişmələri bu gün bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların əsas müzakirə mövzusuna çevrilib. Yeri gəlmişkən, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu qərar iqlim dəyişmələri ilə mübarizəyə göstərilən diqqətin təsdiqidir. Həmçinin Azərbaycanın müsbət ekoloji dəyişikliklər yaratmaq məqsədi daşıyan ölkələrə nümunə olmaq istəyi, gələcək nəsillər üçün daha “yaşıl” və sağlam gələcəyin qurulması istiqamətində öhdəliyini, strateji məqsədlərini və fəal tədbirlərini əks etdirən addımdır. 
Azərbaycan yaşıl enerji iqtisadiyyatına  verdiyi töhfələri əməli fəaliyyətlərlə sübut edir. Belə ki, ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər 40 faiz azaldılmasını hədəf alıb. Azərbaycanın quruda və dənizdə mövcud olan zəngin külək enerjisi istehsalı üçün mühüm imkanlar yaradır. Ölkə külək enerji üzrə 3 QVt həcmində qiymətləndirilən iqtisadi, həmçinin dənizdə 157 QVt təşkil edən texniki potensiala malikdir. Bu potensialın reallaşdırılması istiqamətində mühüm addımlar atılır. “ACWA Power” və “Masdar” kimi beynəlxalq investorlarla həyata keçirilən layihələr bunun bariz nümunəsidir. Hidroenerji isə ölkənin illik  elektrik enerjisi istehsalının təqribən on faizini təşkil edir. Azərbaycanın şirin su ehtiyatlarının təxminən 25 faizi “yaşıl enerji” zonaları kimi müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında cəmləşir. Yeri gəlmişkən, bizim hidroen ergetika infrastrukturunun əsası 424 MVt qoyuluş gücünə malik Mingəçevir  Su Elektrik Stansiyasıdır. İqtisadi cəhətdən səmərəli hesab olunan günəş enerjisinin ölkəmizdəki potensialı isə 23 QVt həcmindədir. Günəşli saatların sayının ildə 2400-3200 saata çatması respublikamızı günəş enerjisi istehsalı üçün əlverişli ölkəyə çevirib. 2023-cü ilin oktyabrında 230 MVt-lıq Qaradağ Günəş Elektrik Stansiyasının açılışı da prosesə töhfə verib. Eyni zamanda, bir sıra digər layihələr reallaşdırılır. Günəş enerjisi infrastrukturunun genişləndirilməsi prosesində dövlət özəl sektordan olan tərəfdaşlar, o cümlədən biznes təmsilçiləri, inkişaf bankları, bir sözlə, COP29 çərçivəsində danışıqların mərkəzi olan maraqlı tərəflər ilə əməkdaşlıq edir. Bununla yanaşı, Şərqi Zəngəzur və Qarabağ torpaqları da “yaşıl enerjiz onası” elan edilib. Sözügedən ərazilərin 2050-ci ilədək “netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulub. Hazırda həmin ərazilərdə irimiqyaslı bərpa olunan enerji layihələri tətbiq olunur. 
Respublikamızın zəngin təbiətinin, təbii sərvətlərinin mühafizəsi, ekoloji tarazlığının qorunması aparılan ekoloji siyasətin əsas prioritetlərindən hesab olunur. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasını uğurla davam etdirən Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ekoloji problemlərin həlli istiqamətində ardıcıl, məqsədyönlü tədbirlər görülür. Xəzəryanı ölkələr arasında Azərbaycan yeganə ölkədir ki, dənizin, onun su hövzələrinin və sahillərinin çirklənmədən təmizlənməsi üzrə kompleks tədbirlər reallaşdırır.
COP29-un Azərbaycanda keçirilməsi dövlətçilik tarixinin dünyaya çatdırılması üçün də yeni bir fürsətdir. Çünki Bakı ev sahibi olaraq minlərlə xarici qonağa qucaq açacaq. Onların çoxu isə Azərbaycana ilk dəfə gəlir. Həmin qonaqlar burada olduqları müddətdə mövcud vəziyyəti qiymətləndirmək imkanı əldə edəcəklər. Bu isə ölkəmizin dünya miqyasında nüfuzunun bir daha artması ilə nəticələnəcək.
Xatırladaq ki, bu ilin noyabrında ev sahibliyi
etdiyimiz COP29-da bir sıra əsas məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur. Bu mötəbər tədbirə respublikamızda ciddihazırlıq işləri görülür. Keçirilən konfranslarda COP29-la bağlı müzakirələr aparılır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığıi lə “COP29-a AparanYol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda keçirilən Yüksək Səviyyəli 29-cu Toplantıda da bir sıra vacib məsələlərə toxunulmuşdur. Prezident İlham Əliyev toplantı iştirakçılarına məktub ünvanlamışdır. Dövlətimizin başçısının müraciətində deyilir: “Artıq uzun zamandan bəri iqlim dəyişmələri ilə mübarizə qlobal gündəlikdə duran ən vacib və prioritet məsələlər sırasındadır. Bəşəriyyətin ortaq problem olan iqlim böhranı və onun fəsadları ölkələrin dayanıqlı inkişafına və rifahına əngəl törətməklə yanaşı, sadə insanların da gündəlik həyatlarına və yaşam tərzlərinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Məlum olduğu kimi, ötən ilin sonunda Azərbaycan Respublikası dünya dövlətlərinin yekdil qərarı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək şərəfinə layiq görülmüşdür. Bildirmək istərdim ki, Azərbaycan COP 29-a var gücü ilə hazırlaşır, yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirmək, planetimizin gələcəyi naminə müsbət nəticələr əldə etmək üçün səylərini əsirgəmir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar