Sizin Reklam Burada
Xəbər lenti
01-07-2024
30-06-2024
BÜTÜN XƏBƏRLƏR

Bu maşınlar 50 faizə qədər UCUZLAŞDI

Tarix: 29-06-2024 16:12     Baxış: 436 A- / A+

Taksi fəaliyyəti ilə bağlı yeni qaydaların qüvvəyə minməsinə iki gün qalıb. İyulun 1-dən istehsal tarixi 15 ildən artıq olan avtomobillərin bu sahədə fəaliyyəti mümkün olmayacaq. Digər tərəfdən, utilizasiya prosesinin başlanması da köhnə maşınların satışına mənfi təsir göstərir. 
Hazırda avtomobil bazarında buraxılış ili köhnə olan maşınlara demək olar ki, tələbat yoxdur. Taksi dövriyyəsindən çıxan avtomobillər isə dəyər-dəyməzinə satılmağa başlayıb. 
Bəs görəsən, bu tendensiya davamlı olacaqmı? 
Manevr.az-ın məlumatına görə, mövzu ilə bağlı yenisabah.az-a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının direktoru Eyyub Əliyev bildirib ki, hazırda taksi şirkətləri öz avtomobil parklarını daha çox yerli istehsal olan maşınlarla doldurmağa üstünlük verir: 
“Son zamanlar müşahidə edirik ki, taksi parkları daha çox yerli istehsal olan avtomobillər almağa üstünlük verir. Bunlar əsasən, Neftçala, Hacıqabul sənaye parkında istehsal olunan “Chevrolet” markalı avtomobillərdir. Çünki biz öyrəşmişik ki, taksidə avtomobil sedan olsun. Bunu nəzərə alaraq, biz şəhərdə daha çox “Chevrolet” markalı yeni taksiləri müşahidə edirik. Onların satış tempinə baxanda görürük ki, taksi şirkətləri daha çox bu qəbildən olan maşınlara meyillidir. Ölkəmizdə baş tutan və tutacaq beynəlxalq tədbirləri nəzərə alsaq, elektrik mühərrikli avtomobillər də taksidə geniş şəkildə istifadə olunmağa başlayıb. Təkcə aşağı və orta deyil, yuxarı seqment Çin avtomobilləri də var ki, taksi şirkətləri tərəfindən alınır. Amma kütləviliyi və daha çox satışı götürsək, sözsüz ki, yerli istehsal avtomobillərin önü daha da açılıb”. 
Eyyub Əliyev qeyd edib ki, iyulun 1-dən sonra taksi fəaliyyətinə icazə verilməyəcək avtomobillər 50 faizdən çox ucuzlaşacaq: 
“Ümumiyyətlə, təkcə taksi sektorunda deyil, son zamanlar verilən qərarlardan sonra bütün nəqliyyat vasitələrində tendensiya dəyişib. Artıq son zamanlar ikinci əl avtomobillərin satışı azalıb və onların qiymətinin nisbətən aşağı düşdüyünü müşahidə edirik. Əsasən, yay aylarında qiymət artımı olsa da, bu il əksinə baş verib. Təkcə taksidə istifadə olunan “Prius”larda deyil, ikinci əl maşınların demək olar ki, hamısında 15-20 faizə qədər ucuzlaşma var. Lakin sırf taksidə istifadə olunan avtomobillərə gəldikdə, qiymətlərin hətta 50 faizə qədər ucuzlaşdığını görürük. Çox güman ki, bundan sonra da onların qiymətində kəskin ucuzlaşma olacaq. Bu maşınlar yəqin ki, artıq paytaxtdan kənara çıxacaq və bölgələrə aparılacaq.  Belə olduqda paytaxtın avtomobil parkı yenilənəcək”. 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar