Sizin Reklam Burada
Xəbər lenti
30-06-2024
BÜTÜN XƏBƏRLƏR

Qadın nazir həbs olundu: Ölkə prezidentinə cadu etmək istəyib

Tarix: 28-06-2024 21:53     Baxış: 344 A- / A+

Qadın nazir həbs olundu: Ölkə prezidentinə cadu etmək istəyibMaldiv adalarında ətraf mühit, iqlim dəyişikliyi və enerji naziri Fatimat Şamnaz Əli Salem ölkə prezidentinə qarşı qara magiyadan istifadə etmək cəhdində ittiham edilib.

Nazir Fatimat Şamnaz Əli Salem və daha iki nəfər ölkə prezidenti Məhəmməd Muizzaya qarşı cadugərlik etdikləri üçün həbs ediliblər. Məsələ ilə bağlı istintaq davam edir, işin təfərrüatı açıqlanmayıb.

Maldiv adaları iqlim böhranı ilə bağlı bir çox problemlərlə üzləşdiyi üçün Salem mühüm mövqe tutur. Ada dövlətini əhatə edən su səviyyəsi yüksəlir və bu səbəbdən artıq əsrin sonuna qədər ölkə yaşayış üçün yararsız hala düşə bilər.

Məlumata görə, Maldiv adalarında sehr təcrübələri geniş yayılıb ki, bunlar kimisə lənətləməyə və ya özünə cəlb etməyə imkan verir. Bu rituallardan siyasətdə də istifadə olunur.

Belə ki, 2013-cü ildə Maldiv müxalifəti yerli hökumətə və polisə qarşı şər ruhlardan və lənətlənmiş toyuqdan istifadə etməkdə ittiham olunub.

Ölkədə sehrdən istifadəyə görə cinayət məsuliyyəti nəzərdə tutulmur, lakin mövcud şəriət qanunlarına görə, sehrbaz və ya cadugər altı aylıq müddətə həbs edilə bilər. Maldiv adaları əhalisinin əksəriyyəti İslam dininə etiqad edir və burada cadugərlik böyük günah sayılır. oxu.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar