Sizin Reklam Burada
Xəbər lenti
01-07-2024
30-06-2024
BÜTÜN XƏBƏRLƏR

Bəzi şəxslərin pensiyasına əlavələr yeni qaydada hesablanacaq

Tarix: 29-06-2024 15:47     Baxış: 360 A- / A+

Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq deputatlar, Mərkəzi Seçki Komissiyasının (MSK) və Naxçıvan Muxtar Respublikası MSK-nın üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan MSK və Naxçıvan MSK-nın üzvləri, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) və Naxçıvan Ombudsmanı kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan Ombudsman və Naxçıvan Ombudsmanı və Hesablama Palatasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan Hesablama Palatasının üzvləri üçün qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması qaydası dəyişib.
Manevr.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Əmək pensiyaları haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
İndiyə qədər qüvvədə olan qanuna görə, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq deputat səlahiyyət müddəti ərzində Milli Məclisinin sədri, sədrin birinci müavini, sədrin müavini, komitə və komissiya sədri və ya sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, sədrin birinci müavini, sədrin müavini, komissiya sədri və ya komissiya sədrinin müavini vəzifəsinə seçilmişdirsə, onun əmək pensiyasına Azərbaycan Respublikası Milli Məclisinin sədrinin, sədrin birinci müavininin, sədrin müavininin, komitə və komissiya sədrinin və ya sədrinin müavininin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin, sədrin birinci müavininin, sədrin müavininin, komissiya sədrinin və ya komissiya sədrinin müavininin əməkhaqqının 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilib. Yeni qanuna əsasən, 2024-cü il iyulun 1-dən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq deputat səlahiyyət müddəti ərzində müvafiq vəzifə üzrə aldığı əməkhaqqının orta aylıq məbləğinin (pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla) 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin ediləcək.
Beləliklə, 2024-cü il iyulun 1-dən pensiyaya əlavələrin təyinatında pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla səlahiyyət müddəti ərzində müvafiq vəzifə üzrə aldığı əməkhaqqının orta aylıq məbləğinin 80 faizi miqdarı prinsipi əsas götürüləcək.
Bu yanaşma yuxarıda qeyd olunan MSK, Ombudsman və Hesablama Palatasının üzvlərinə münasibətdə də şamil olunacaq.
Bu şəxslər həmin maddələrdə nəzərdə tutulmuş sığorta stajını bu qanun qüvvəyə mindiyi tarixədək torladığı halda həmin şəxslərə "Əmək rensiyaları haqqında" qanunun 2024-cü il iyulun 1-dək qüvvədə olan normaları tətbiq ediləcək.
Qeyd edək ki, indiyə qədər əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikası Hesablama Palatasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan Azərbaycan Respublikası Hesablama Palatasının sabiq üzvlərinin qulluq stajına görə əmək pensiyasına əlavələr Azərbaycan Respublikası Hesablama Palatasının üzvünün orta aylıq əmək haqqı, onun son 12 ay ərzində müvafiq olaraq Azərbaycan Respublikasının Hesablama Palatasından aldığı vəzifə maaşının və məcburi dövlət sosial sığortasına cəlb edilən bütün ödənişlərin cəminin 12-yə nisbəti yolu ilə müəyyən edilib. Bu müddəa da ləğv olunub.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar